Naxçıvanda qeydiyyata alınmış vergiödəyicilərinin sayı 2,1 dəfə artıb
Bakı, 13 sentyabr, AZƏRTAC
Bu il sentyabr ayının 1-nə Naxçıvan Muxtar Respublikasında 4000 yeni vergiödəyicisi qeydiyyata alınıb. Bunların 89,4 faizi fiziki, 10,6 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergiödəyicilərinin sayı 2,1 dəfə, o cümlədən fiziki şəxslərin sayı 1,9 dəfə, hüquqi şəxslərin sayı isə 33 dəfə artıb.
Yanvar-avqust aylarında kommersiya qurumlarının 63 faizi elektron qaydada, 37 faizi isə kağız daşıyıcıları vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [21:56]
Şamaxıda yol qəzası ölümlə nəticələnib
- 30.09.2026 [19:57]