Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda xalq yaradıcılığı sərgisi keçirilir

Naxçıvan, 4 noyabr, AZƏRTAC

Noyabrın 4-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində xalq yaradıcılığı sərgisinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xalq yaradıcılığı sərgisinin açılışında iştirak edib.

Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə çıxış edərək deyib: Naxçıvan şəhərində xalq yaradıcılığı sərgisinin keçirilməsində məqsəd milli dəyərlərimizi yaşatmaq və təbliğ etməkdir. Milli dəyərləri yaşatmaq xalqın tarixini yaşatmaq deməkdir. Əgər hər bir xalq öz kimliyini ortaya qoymaq istəyirsə, ilk növbədə milli dəyərlərinə istinad etməlidir. Bu zərurəti əsas götürən ulu öndər Heydər Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan xalqının milli dəyərlərinin və tarixi yaddaşının bərpası istiqamətində mühüm qərarlar qəbul etmişdir. Bu dövrdə Azərbaycanın bölgələrində yeni tarix-diyarşünaslıq muzeyləri tikilmiş, xalq sənətinin inkişafına və mövcud nümunələrin mühafizəsinə diqqət artırılmışdı. Azərbaycan Konstitusiyasında ən ali milli dəyərlərimiz olan ana dilimiz dövlət dili kimi təsbit olunmuş, xalqın ruhunu, tarixini, milli dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər yaradılmışdı. Həmin dövrdə Azərbaycan xalqının qəhrəmanlıq eposu olan “Dədə Qorqud”, xalqımızın müstəqillik uğrunda mübarizə tarixini və qəhrəmanlıq ənənələrini təbliğ edən “Babək”, azərbaycanlılara xas olan Novruz ənənələrini ilk dəfə ekranlara çıxaran “Dəli Kür” kimi bədii filmlər çəkilmişdi.

Ali Məclisin Sədri deyib: Azərbaycanda ikinci dəfə ali hakimiyyətə qayıdan Ulu Öndərimiz ötən əsrin 70-ci illərindən başlayaraq xalq yaradıcılığının himayə olunması siyasətini daha geniş miqyasda davam etdirmişdir. Dahi şəxsiyyət bu sahədə görülən işləri ümummilli ideologiyada - azərbaycançılıqda birləşdirmiş, azərbaycançılığı və milli dövlətçiliyi ən yüksək milli dəyər kimi qiymətləndirərək demişdir: “Azərbaycançılıq - öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli dəyərlərini və dövlətçiliyini qoruyub saxlamaq deməkdir”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də milli ruhu qorumağın, inkişaf etdirməyin və gələcək nəsillərə çatdırmağın əsas şərtini milli dövlətçilikdə görərək qeyd etmişdir ki: “Güclü iqtisadiyyat yaratmaq olar, bölgədə güclü mövqelərə malik olmaq olar, ancaq milli dəyərlər olmadan heç bir ölkə, heç bir xalq inkişaf edə bilməz. Bizim üstünlüyümüz ondan ibarətdir ki, gənc və güclü dövlətimiz möhkəm təməl üzərində qurulub. Çoxəsrlik tarix, mədəniyyət üzərində qurulub”.

Qeyd olunub ki, bu gün ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da milli dəyərlərimizə, tarixi-mədəni irsimizə qayğı ilə yanaşılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında 2009-cu ildə Sərəncamı olub, 2012-ci il Naxçıvan Muxtar Respublikasında “Milli dəyərlər ili” elan edilib. Bütün bunlar öz nəticəsini göstərib, bu sahədə sistemli tədbirlər həyata keçirilib. Tarixi abidələrə yeni həyat verilib, xalq yaradıcılığı günləri təşkil olunub, milli kökə bağlılıq nümayiş etdirilib. Ağacişləmə, papaqçılıq, dülgərlik, toxuculuq, xalçaçılıq, dəmirçilik, misgərlik, dulusçuluq, taxta üzərində oyma kimi qədim sənət sahələri qorunub saxlanılıb. Son illər el sənətkarları üçün emalatxanalar istifadəyə verilib, əl işlərindən ibarət sərgilər təşkil olunub. Aparılan tikinti-quruculuq işlərində milli ornamentlərin tətbiqinə üstünlük verilir. Bədii yaradıcılıq prosesində də milli dəyərlərimizin öyrənilməsi və təbliğinə diqqət artırılıb. “Naxçıvan mətbəxi”, “Naxçıvan tikmələri” və “Tarixi qaynaqlarda Nuh peyğəmbər” kitabları, üç cildlik “Naxçıvan folkloru” antologiyası nəşr etdirilib. Yallılar nota köçürülüb və onun əsasında “Naxçıvan - Şərur el yallıları” kitabı çap olunub. Bununla yanaşı yallılardan ibarət kompakt disk də buraxılıb.

Ali Məclisin Sədri deyib ki, milli dəyərlərə bağlılıq tarixi-mədəni irsin qorunmasından başlayır. Biz bu gün tarixi abidələri tədqiq və bərpa etməklə, milli dəyərləri yaşatmaqla, bir tərəfdən keçmişimizə və gələcəyimizə ehtiramımızı bildiririk, digər tərəfdən isə xalqımızın əsrlər boyu formalaşmış sənətkarlıq mədəniyyətini, həyat tərzini, məişətini, bir sözlə, milli dəyərlər sistemini yaşadırıq. Ulu Öndərimiz tövsiyə edirdi ki, gələcək uğurlara təminat xalqın milli dəyərlərini gənc nəslə aşılamaqdan başlayır. Bu mənada gənclərlə aparılan işlərdə milli dəyərlərə üstünlük verməli, azərbaycançılıq ideyasını gücləndirməli, istedadlı gəncləri xalq sənəti sahələrinə cəlb etməliyik. Milli dəyəri olmayan xalqın keçmişi olmadığı kimi, gələcəyi də yoxdur. Bu səbəbdən də milli dəyərlər, xalq yaradıcılığı, əsrlər boyu yaranan mənəvi və maddi mədəniyyət nümunələri ətraflı öyrənilməli, ənənəvi sənət sahələrinin dirçəldilməsi, onların tətbiq və təbliğ olunması istiqamətində işlər davam etdirilməlidir.

“Milli köklərə, milli dəyərlərə qayıdış hər kəsi düşündürməlidir”, - deyən Ali Məclisin Sədri bildirib ki, biz bu gün milli dəyərlərimizi, adət-ənənələrimizi qoruyub-yaşatmaqla, xalq yaradıcılığı sahələrinə yeni həyat verməklə əslində milli kimliyimizi qoruyuruq. Ona görə də hər bir rayonun, kəndin milli dəyərlər sistemi ardıcıl öyrənilməli, qədim sənətkarlıq sahələri üzə çıxarılmalı, unudulmaqda olan dəyərlər bərpa olunmalı, el sənətkarlarının fəaliyyətinə dəstək verilməlidir. Heç şübhəsiz ki, bu gün sahib olduğumuz ən ali dəyərimiz milli dövlətçiliyimizdir. Xalqımızın sabitlik və rifah içində yaşamasıdır. Ona görə də milli-mədəni irsimizə qayğı göstərməklə yanaşı, dövlət müstəqilliyimizin də qədrini bilməli, onu qorumalı, ölkəmizin inkişafı və tərəqqisi yolunda çalışmalıyıq.

Ali Məclisin Sədri bu yolda hər kəsə uğurlar arzulayıb, xalq yaradıcılığı sərgisinin təşkilində, milli dəyərlərimizin öyrənilməsi, yaşadılması və təbliğində əməyi olanlara təşəkkür edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 3 noyabr tarixli Sərəncamına əsasən xalq yaradıcılığının inkişafındakı səmərəli fəaliyyətlərinə görə 8 nəfər “Rəşadətli əməyə görə” nişanı, “Tarixi mənbələrdə Nuh peyğəmbər” və “Naxçıvan - Şərur el yallıları” kitablarının müəllifləri isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin pul mükafatı ilə təltif ediliblər.

Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasının “Rəşadətli əməyə görə” nişanını və pul mükafatını təqdim edib.

Təltif olunanlardan Səriyyə Hüseynova və Fəxrəddin Səfərli əməklərinə verilən qiymətə görə minnətdarlıq ediblər.

Yallılar xalqımızın bir çox milli mədəniyyət elementlərini və etnoqrafik xüsusiyyətlərini özündə cəmləşdirir. Qədim rəqs mədəniyyəti ilə yanaşı, özündə milli geyimlərimizi və bənzərsiz xalq musiqisini yaşadan yallılar bu gün də qorunur, gənc nəsillərə öyrədilir. İnsanları qələbəyə səsləyən, onlarda Vətənə, torpağa məhəbbət hiss oyadan yallı havaları birlik və bərabərliyimizin rəmzinə çevrilib.

Tədbirdə Şərur Xalq Yallı Ansamblının, şəhər və rayon mədəniyyət evlərinin yallı qruplarının üzvləri birlikdə “Köçəri” yallısını ifa ediblər.

Ali Məclisin Sədri yallı kollektivləri ilə xatirə şəkli çəkdirib, xalq yaradıcılığı sərgisi ilə tanış olub.

Məlumat verilib ki, sərgiyə 37 el sənətkarı tərəfindən oyma, xəttatlıq, dulusçuluq, papaqçılıq, xalçaçılıq, misgərlik, toxuma, ağac üzərində yandırma, bədii tikmə və digər xalq sənətkarlığı sahələri üzrə 600-ə yaxın əl işi, rəsm əsərləri, məktəbdənkənar tərbiyə müəssisələrinin müəllim və şagirdləri tərəfindən hazırlanan 120 bədii tikmə və toxuma nümunələri, sağlamlıq imkanları məhdud şəxslərin və qadınların əl işləri çıxarılıb, muxtar respublikanın rayonlarında fəaliyyət göstərən folklor kollektivlərinin çıxışları üçün şərait yaradılıb.

Hər bir xalqın tarixi onun yaratdığı sənətkarlıq nümunələrində yaşayır. Bəşəriyyətin ilkin yaranış dövründən başlayaraq bu günə kimi xalq sənətkarlığı müxtəlif inkişaf mərhələləri keçib. Sadə əl əməyinə əsaslanan əşyalar, məişət avadanlıqları sonralar həmin dövrlərdən xəbər verən maddi-mədəniyyət nümunələrinə çevrilib. Bu gün Naxçıvanda milli dəyərlərimizin tərkib hissəsi olan xalq sənətkarlığı sahələrinin bərpa olunması da bu torpaqda tarixən formalaşmış zəngin tarixi-mədəni irsin yaşadılması kimi mühüm məqsədə xidmət edir.

Naxçıvanda oyma sənətinin qədim tarixi vardır. Əcdadlarımız bu sənətin ilkin nümunələrini Gəmiqayada daş üzərində yaradıb, daş kitabələrdə əks olunan müxtəlif təsvirlər bu günümüzə qədər gəlib çatıb. Sonradan daş üzərində oyma ilə yanaşı, ağac üzərində oyma sənəti də inkişaf etdirilib. Bu gün naxçıvanlı sənətkarlar ağac üzərində oyma sənətini yaşadır, xalqımızın min illər ərzində formalaşan bədii-estetik zövqü öz əksini bu əsərlərdə tapır. Sərgidə el sənətkarlarının tarixi abidələrin, nağıl personajlarının, “Dədə Qorqud” dastanındakı obrazların və Naxçıvan memarlıq məktəbinin elementlərinin əks olunduğu müxtəlif əl işləri nümayiş olunub.

Milli geyimlər hər bir xalqın milli xüsusiyyətləri, əmək fəaliyyəti, təsərrüfat məşğuliyyəti və bədii estetik zövqü əsasında formalaşır. Naxçıvanda toxuculuğun, boyaqçılığın və ipəkçiliyin inkişafı milli geyim mədəniyyətinin formalaşmasına da şərait yaradıb. Təbii coğrafi şəraitə uyğun olaraq inkişaf etdirilən geyimlər əsrlər keçdikcə özünəməxsus milli cəhətlərlə daha da zənginləşib. Tarixən Naxçıvanda hazırlanan ləbbadə, çaxçur, çuxa, arxalıq, küləcə, çəpkən kimi milli geyimlər bu gün də maddi və mənəvi mədəniyyətimizin qaynaqları kimi qorunub yaşadılır. Milli geyimlərin əsas cəhətlərindən biri də baş örtükləridir. Çalma, araqçın, rübənd, şal və kəlağayı kimi baş örtükləri Azərbaycan qadınının ismət və sədaqət nişanəsi kimi yüksək mənəvi dəyərə malikdir.

Tədbirdə milli geyimli oğlan və qızlar “Dədə Qorqud” dastanı əsasında səhnələşdirdikləri kompozisiyanı təqdim ediblər. Kompozisiyada Dədə Qorqud və digər dastan qəhrəmanlarının obrazları canlandırılıb, Dədəmiz Qorqudun hikmətli sözləri səsləndirilib.

Muxtar respublikada milli dəyərlərimizin elmi şəkildə öyrənilməsi, qədim sənətkarlıq sahələrinin və folklor nümunələrinin üzə çıxarılması diqqət mərkəzində saxlanılır. Son illər Naxçıvan mətbəxi, folkloru, mədəniyyəti, milli musiqi sənəti, tarixi abidələri haqqında ətraflı tədqiqat işləri aparılıb, yeni kitablar yazılıb. Sərgidə milli dəyərlərimizə və xalq sənətkarlığı sahələrinə aid olan kitablar nümayiş olunub.

Ali Məclisin Sədri xalq yaradıcılığının bütün sahələri üzrə elmi-tədqiqat işlərinin aparılmasının vacibliyini vurğulayıb, folklor nümunələrinin, xüsusilə xalq yaddaşından süzülüb gələn qədim əfsanə, mif və rəvayətlərin elmi şəkildə öyrənilməsi barədə tapşırıqlar verib.

Sonra tədbir iştirakçıları sərgidə nümayiş olunan xalçalara baxıblar. Xalq tətbiqi sənətinin əsas qolu olan xalçaçılıq Naxçıvan mədəniyyət tarixində özünəməxsus yer tutur. Müxtəlif naxış elementləri və təsvirlərlə, milli ornamentlərlə bəzədilən Naxçıvan xalçaları öz texniki xüsusiyyətlərinə, toxunma üslubuna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənir, əcdadlarımızın qədim məişət mədəniyyəti və həyat tərzi haqqında ətraflı məlumat verir. Bu gün də Naxçıvanda xalçaçılıq sənəti yaşadılır. Muxtar respublikada Naxçıvan Dövlət Xalça Muzeyi fəaliyyət göstərir. Bu sahədə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq Naxçıvanda xalça toxuma emalatxanaları yaradılıb, peşə məktəblərində xalçaçılıq kursu açılıb, “Naxçıvan xalçaçıları” kitabı çap olunub.

“Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi üçün ayrılmış guşədə 20-yə yaxın milli yemək, şirniyyat və şərbətlər sərgi iştirakçılarına təqdim olunurdu.

Naxçıvan mətbəxinin qədim tarixi vardır. Muxtar respublika ərazisində müxtəlif iqlim zonalarının olması flora və faunanı xeyli zənginləşdirib. Bu isə zəngin mətbəx yaradılması üçün əsas amildir. Naxçıvanda formalaşan süfrə mədəniyyəti, xüsusilə milli yemək nümunələrinin fəsillərə uyğun hazırlanması, təbii qidalanmaya üstünlük verilməsi əcdadlarımızın ətraf mühitlə tam harmoniyada yaşaması və sağlam həyat tərzi haqqında məlumat verir. Hazırda milli yeməklər hazırlanarkən qədim üsullarla yanaşı, müasir kulinariya tələbləri də nəzərə alınır, yerli məhsullardan geniş istifadə olunur, milli mətbəximiz daha da zənginləşdirilir.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin təqdim etdiyi guşədə məhkumların hazırladıqları ağac üzərində oyma, toxuculuq və misgərlik nümunələri sərgilənib.

Dulusçuların hazırladıqları müxtəlif saxsı qablar, nümayiş etdirilən qədim dulusçuluq əşyaları və alətləri böyük maraq doğurub. Bildirilib ki, aparılan arxeoloji qazıntılar zamanı üzə çıxarılan saxsı qablar Naxçıvanda dulusçuluğun qədim istehsal sahələrindən biri olduğunu təsdiq edir. Naxçıvan xanlığı dövründə saxsı qablar istehsalı geniş vüsət alıb, Naxçıvan və Ordubad şəhərlərində 20-dən artıq dulusçu fəaliyyət göstərib, onların hazırladıqları səhəng, cürdək, bardaq, kuzə, küp, sürahı, qurqur, dolça, kasa və digər dulusçuluq əşyaları məişətdə geniş istifadə olunub.

Xalqımızın məişətində papaq baş geyimi olmaqla yanaşı, həm də mentalitet və ləyaqət rəmzi hesab olunub. Yüz illər boyu xalqın məişət mədəniyyəti ilə sıx əlaqədə inkişaf edən papaqçılıq sənəti günümüzdə də yaşadılır. Sərgidə nümayiş etdirilən qədim və milli papaq nümunələri maraqla qarşılanıb.

Naxçıvandakı tarixi abidələrin üzərində rast gəlinən kufi və nəstəliq xətləri burada xəttatlıq sənətinin inkişafından xəbər verir. Əcəmi memarlıq məktəbinin əsas səciyyəvi cəhətlərindən biri də abidələrin üzərində xəttatlıq elementlərinin əks olunmasıdır. Naxçıvan ərazisindəki daş kitabələrdə və əlyazmalarda da xəttatlıq sənətinin izlərinə rast gəlinir. Bu gün də sənətkarlar xəttatlıq sənətini yaşadır, onu forma və məzmunca zənginləşdirirlər.

Sərgidə muxtar respublikanın rayonlarından gələn folklor qrupları maraqlı çıxışlar ediblər. Muğam üçlüklərinin, sazçalan qızların ifası, Şərur Xalq Yallı Ansamblının və rayon mədəniyyət evlərinin yallı qruplarının təqdim etdikləri “İkiayağı”, “Göyçəməni”, “Xələfi”, “Qaleyi”, “Tənzərə”, “Tello” və “Sarı gəlin” yallıları, milli musiqi alətlərində xalq mahnılarının səslənməsi xoş ovqat yaradıb, Şərur və Babək rayonlarından gələn pəhləvanların çıxışları maraqla qarşılanıb.

Xalqımızın zəngin və maraqlı folklor nümunələrindən biri də xalq oyunlarıdır. Tarixi çox qədimlərə gedən xalq oyunları insanlara yaxşıları qorumaq, onlara dayaq durmaq kimi yüksək mənəvi keyfiyyətlər aşılayır. “Haxışta”, “Fincan-fincan”, “Hodu-hodu” və digər xalq oyunları tədbir iştirakçıları tərəfindən maraqla izlənilib. “Şərur toyu”, “Naxçıvan toyu” kompozisiyaları isə bu qədim el adətinin bütün incəliklərini təcəssüm etdirib.

Tədbirdə qədim milli musiqi alətlərimizin sərgisi təşkil edilib, misdən hazırlanan əl işləri, özündə incəsənətin və memarlığın vəhdətini yaşadan şüşə üzərində vitrajlar nümayiş olunub.

Bu gün muxtar respublikada dekorativ tətbiqi-sənət nümunələri hazırlanır, bu sahə ilə məşğul olan sənətkarların fəaliyyətinə dəstək verilir. Naxçıvanda bu sənətin ən qədim növü olan bədii tikmə nümunələri işlənmə texnikası və bəzək üsulları ilə seçilir. Qədimdən qızların cehizinin bir qismini onların özü tərəfindən hazırlanmış süfrələr, güləbətinli arxaxçın, piləkli və bu kimi tikmələr təşkil edirdi. Tikmələrdən milli geyimlərimizin bəzədilməsində də geniş istifadə olunub.

Sərgidə dekorativ tətbiqi-sənət nümunələri, bədii tikmələr, dəri üzərində qabartma üsulu ilə hazırlanmış tətbiqi sənət əsərləri, muncuqlu əl işləri nümayiş olunub.

Bədii tikmə ilə məşğul olan Aidə İbrahimova sənətkarlar adından minnətdarlıq edərək deyib: Vaxtilə biz sənətkarların hazırladıqları əsərlər evlərdə qalırdı, üzə çıxarmaq mümkün deyildi. Lakin bu gün Naxçıvanda unudulmaqda olan sənət sahələri üzə çıxarılır, el sənətkarlarının fəaliyyətinə dəstək verilir, onların əl işlərindən ibarət sərgilər təşkil olunur, xalq yaradıcılığı sahələri ilə məşğul olan insanlara qayğı göstərilir. Bu isə bizi daha da səylə çalışmağa, qədim və unudulmaqda olan sənət sahələrinə yeni həyat verməyə ruhlandırır.

Sağlamlıq imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası vacib məsələdir. Muxtar respublikada bu istiqamətdə kompleks tədbirlər görülür. İstər sağlamlıq imkanları məhdud gənclərin təhsilə cəlbi, istərsə də bu kateqoriyadan olan insanların istedad və bacarığının üzə çıxarılması sahəsində görülən işlər ardıcıl xarakter alıb. Sərgidə sağlamlıq imkanları məhdud şəxslərin əl işləri, müxtəlif janrlarda çəkdikləri rəsm əsərləri nümayiş olunub.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi üçün ayrılan guşədə isə muxtar respublikanın şəhər, rayon və kəndlərindən olan 123 istedadlı qadının 700-dən artıq əl işi təqdim olunub. Tikmə, toxuma və aplikasiyalar, taxta üzərində yandırma, xalçalar, toxuculuq nümunələri və bir-birindən maraqlı digər dekorativ tətbiqi sənət nümunələri maraqla qarşılanıb.

Muxtar respublikada gənc nəslin milli dəyərlərə sadiqlik ruhunda böyüdülməsi diqqət mərkəzindədir. Bu işdə məktəbdənkənar tərbiyə müəssisələrinin mühüm rolu vardır. Bu təhsil ocaqlarında təşkil olunan dərnəklərdə şagirdlərə qədim sənətkarlıq sahələri öyrədilir, xüsusilə qızlarda toxuculuq, xalçaçılıq sahələrinə maraq yaradılır. Sərgi iştirakçıları muxtar respublikanın məktəbdənkənar tərbiyə müəssisələrinin və Naxçıvan Qızlar Liseyinin şagirdlərinin əl işlərinə də baxıblar.

Naxçıvanda tarixən formalaşmış qədim çalğı alətlərinin bu gün geniş təbliğinə və gənc nəslə öyrədilməsinə ciddi ehtiyac vardır. Cəng, ud, təbil, tənbur, qanun, qopuz, rübab, tulum, ney, zurna, balaban kimi çalğı alətlərimizə yeni həyat verilməsi mühüm əhəmiyyət daşıyır. Tədbirdə Naxçıvan Musiqi Kollecinin qədim musiqi alətləri ansamblı rəngarəng musiqi nömrələri ifa edib.

Ali Məclisin Sədri muxtar respublikanın uşaq musiqi məktəblərində və Naxçıvan Musiqi Kollecində tulum, tənbur kimi qədim çalğı alətlərinin tədris olunmasını tapşırıb.

Sonra Ali Məclisin Sədri naxçıvanlı rəssamların xalq yaradıcılığı nümunələrini yaşadan rəsm əsərlərinə baxıb.

Kətan üzərində yağlı və sulu boya ilə çəkilmiş “Xəzinə küpü”, “Xanəndə”, “Dədə Qorqud dastanı”, “Xalçalı kompozisiya”, “Sazçalan qız”, “Qədim əşya ilə natürmort” rəsm əsərləri, dəri üzərində yandırma üsulu ilə işlənmiş “Kamançanın sehrli səsi”, “Dədə Qorqud” əsərləri işlənmə texnikası və orijinal görünüşü ilə naxçıvanlı rəssamların yüksək bədii-estetik zövqünü təcəssüm etdirirdi.

Ali Məclisin Sədri xalq yaradıcılığı sərgisinin əhəmiyyətini qeyd edərək deyib: Tarixin qədimliyini sübut edən əsas amillər sırasında xalq yaradıcılığı və folkloru mühüm yer tutur. Çünki hər bir xalqın min illər ərzində formalaşan milli-mədəni irsi onun sənətkarlıq sahələrində yaşayır. Əgər Gəmiqaya təsvirləri xalq sənətkarlığının ilkin nümunələrinin izlərini yaşadırsa, yallılarımız isə mədəniyyətimizin qədim tarixindən xəbər verir. Bugünkü sərgi bir daha göstərdi ki, xalqımızın qədim və qürur duyulası tarixi vardır. Qədim sənət sahələrinin bərpası, folklorumuzun, milli mətbəximizin, milli musiqimizin, bir sözlə milli dəyərlərimizin yaşadılması həm də turizmin inkişafına xidmət edir. Ona görə də aid təşkilatlar bu məsələni diqqətdə saxlamalı, xalq sənətkarlığı sahələrinə bundan sonra da dəstək verilməli, bu işdə hər kəs yaxından iştirak etməlidir. Muxtar respublikanın rayonlarında da xalq yaradıcılığı sərgiləri təşkil olunmalı, istedadı və qabiliyyəti olan insanlar üzə çıxarılmalı, yeni sənətkarlar nəsli yetişdirilməli, keçmişimiz gələcək nəsillərə çatdırılmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək