Naxçıvanda xüsusi qayğıya ehtiyacı olan uşaqlara hədiyyələr təqdim olunub
Naxçıvan, 1 iyun, AZƏRTAC
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində balacalarla görüş keçirilib.
Muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, görüşdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev, təhsil naziri Rəhman Məmmədov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova uşaqları təbrik edib, onlara göstərilən hərtərəfli diqqət və qayğıdan danışıblar.
Sonda 15 sağlamlıq imkanları məhdud uşağa hədiyyələr təqdim olunub.