Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda yeni kənd təsərrüfatı texnikaları və avadanlıqlarının təqdimatı olub

Naxçıvan, 5 aprel, AZƏRTAC

Muxtar respublikada kənd təsərrüfatının prioritet sahə kimi müəyyənləşdirilməsi yerli istehsalın həcminin artmasına, ixrac imkanlarının yaradılması və əhalinin məşğulluğunun təmin olunmasına şərait yaradıb. Bu gün torpaq mülkiyyətçiləri və fermerlərin, həmçinin ailə təsərrüfatçılarının müasir kənd təsərrüfatı texnika və texnoloji avadanlıqları ilə təmin olunması da məhsul istehsalında rentabelliyi artıran əsas tədbirlərdəndir. Aqrar sahədə müasir texnologiyaların tətbiqi məhsulun itkisiz və vaxtında yığılmasına, məhsuldarlığın yüksəldilməsinə, əl əməyinin yüngülləşdirilməsinə və çəkilən xərclərin azalmasına imkan verir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 5-də “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində yeni kənd təsərrüfatı texnikaları və avadanlıqlarının təqdimatı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək deyib ki, aqrar sahədə sistemli şəkildə həyata keçirilən islahatlar və aparılan kompleks işlər nəticəsində muxtar respublikada kənd təsərrüfatı bu gün müasir inkişaf mərhələsinə yüksəlib. Aqrar sektorda yüksək nəticələrə nail olmaq üçün yeni texnologiyaların tətbiqi mühüm şərtdir. Muxtar respublikada bu sahəyə göstərilən qayğının nəticəsidir ki, texnika parkı tamamilə yenilənib. Hazırda dünyanın qabaqcıl şirkətlərinin istehsal etdikləri müxtəlif texnika və avadanlıqlar muxtar respublikanın torpaq mülkiyyətçiləri və fermerlərinin istifadəsindədir. Hazırda “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin bazasında 473 texnika və avadanlıq mövcuddur. Cəmiyyətin fəaliyyəti dövründə 1180 sahibkara lizinqə verilmiş texnikalara görə 11 milyon 841 min manat güzəşt tətbiq edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamlarının icrası ilə əlaqədar 2021-ci ildə və 2022-ci ilin üç ayı ərzində 10 kiçikölçülü traktor, 3 kiçikölçülü kotan, 9 yerşumlayan, 25 yaş və quru otdoğrayan maşın, 9 arpa-buğda qırma maşını, 5 frez, 1 kiçik ölçülü rotorlu otbiçən, 3 südsağan aqreqat, 1 qoşqu, 2 kiçikölçülü kartofçıxaran, 1 dırmıq, 4 xamaçəkən, 2 yunqırxan və 110 dəst suvarma sistemi lizinq yolu ilə kiçik ailə təsərrüfatı sahiblərinə verilib. Elşad Əliyev yaradılan şəraitə görə minnətdarlıq edib.

Sonra yaz əkinləri barədə məlumat verilib. Bildirilib ki, hava şəraiti yaz əkinlərinin başlamasına imkan vermişdir. Qısa müddətdə 1700 hektardan artıq sahədə aqrotexniki qaydalara uyğun olaraq yazlıq əkinlər keçirilib. Ötən il fərdi təsərrüfatlardakı əkinlər nəzərə alınmadan pay torpaqlarında soğan əkini 105 hektar olub. Bu günə isə 152 hektar sahədə soğan əkilib. Gec, orta və tez yetişən sortlar olmaqla, kartof əkini 318 hektara çatdırılıb. Tapşırıq əsasında bu il əsasən, yağlı bitkilərin - qarğıdalı və günəbaxan əkinləri əsas götürülüb. Bu günə 50 hektardan çox sahədə qarğıdalı əkini keçirilib, günəbaxan əkinlərinə də başlanılıb. Həmçinin torpaq mülkiyyətçilərinə lazım olan toxumlar alınıb gətirilərək “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsində satışı təşkil edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Muxtar respublikada aqrar sahədə görülən işlər torpaqlardan tam səmərəli istifadə olunmasına imkan verir. Torpaqların suvarılması, münbitliyinin artırılması və əkin işlərinin aqrotexniki qaydalarda aparılması üçün hərtərəfli şərait vardır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra aqrar sahədə islahatlara ilk dəfə muxtar respublikada başlanıldı. Ümummilli liderimiz Heydər Əliyevin Naxçıvanda başlatdığı islahatlar sonradan bütövlükdə ölkəmizdə tətbiq olundu. Bu gün artıq Azərbaycan kəndlisi həm torpağa, həm də texnikaya sahibdir. 2006-cı ildən etibarən aqrolizinq sahəsində görülən işlərin nəticəsi olaraq muxtar respublikada 3000-ə yaxın texnika lizinqə verilmiş, həmin texnikaların 70 faizə yaxını dəyəri tam ödənilməklə sahibkarların şəxsi mülkiyyətinə keçirilmişdir. Bu da imkan verir ki, həm rəqabət olsun, həm də torpağın əkilib-becərilməsində əvvəlki dövrlərdə olan problemlər ortadan qaldırılsın.

Ali Məclisin Sədri deyib: Hər il muxtar respublikada yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır. 2021-ci ildə muxtar respublikada 970 hektara yaxın yeni torpaqlar əkin dövriyyəsinə daxil edilmişdir. Bura həm meyvə bağları, həm də əkin sahələri aiddir. Bunların da əkilib-becərilməsi üçün texnika lazımdır. Texnikaların gətirilməsi üçün isə müvafiq qurum yaradılıbdır. Bu qurum da öz işini layiqincə yerinə yetirir, verilən tapşırıqlar vaxtında icra edilir. Bu gün muxtar respublikada aqrolizinq sahəsində əhaliyə göstərilən xidmətlər və lizinqə verilmiş texnikalar sahəsində heç bir problem yoxdur. Artıq “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti həm lizinq xidməti, həm də texniki xidmət işlərini həyata keçirir. Görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikada torpaq mülkiyyətçiləri və fermerlərin sayı artır, bol məhsul istehsal edilir, bir çox məhsullar üzrə tələbat yerli istehsal hesabına ödənilir, əhali məşğulluğu təmin olunur.

Ali Məclisin Sədri deyib: Muxtar respublikada həm pandemiya dövründə, həm də 44 günlük İkinci Qarabağ müharibəsi dövründə heç bir ərzaq qıtlığı hiss olunmadı. Bu gün də bazarlarda qiymətlər sabitdir, istehsal var və əhali də ildən-ilə əkin sahələrini genişləndirməklə bərabər, onlara müasir aqrotexniki qulluq qaydalarını da öyrənirlər ki, bunun da nəticəsində məhsuldarlıq artır. Ona görə də aqrolizinq fəaliyyətini bundan sonra da əhaliyə xidmət sahəsində davam etdirməli, əhalinin sifarişi əsasında lizinqə texnika və avadanlıqlar gətirilməli, əvvəlki illərdən qalan texnikaların qiymətlərinə isə Nazirlər Kabineti tərəfindən yenidən baxılmalıdır. Bu işlərin davam etdirilməsi gələcəkdə muxtar respublikada kənd təsərrüfatı sahəsində məhsuldarlığın və məhsul çeşidinin artırılmasına şərait yaradacaqdır. Əgər Sovetlər Birliyi dövründə və müstəqilliyin ilk illərində muxtar respublikaya kartof, soğan və digər kənd təsərrüfatı məhsulları, əsasən, başqa yerlərdən gətirilirdisə, artıq bu gün muxtar respublika özünü bu məhsullarla təmin edir. Hətta artıq bir neçə ildir ki, muxtar respublikadan kənd təsərrüfatı məhsullarının ixracına başlanılıbdır. Bunlar nailiyyətlərdir.

Ali Məclisin Sədri aqrar sahənin inkişafında əməyi olanlara təşəkkürünü bildirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra yeni alınmış texnikalara baxış olub. Qeyd olunub ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən fəaliyyəti dövründə 3471 texnika və texnoloji avadanlıqlar alınıb, onlardan 2900-ü sahibkarlara lizinqə verilib. Ali Məclis Sədrinin tapşırığı ilə 2021-ci ildə 327, 2022-ci ilin ötən dövründə isə sahibkarların texniki təminatını düzgün təmin etmək üçün onların tələbatına uyğun və sifarişləri əsasında 4 qarğıdalı, günəbaxan və tərəvəz toxumuəkən, 4 arpa-buğda qırma maşını, 2 bağarası dərmansəpən, 18 kotan, 9 rotorlu və əl ilə otbiçən, 4 çizel, 6 arxaçan, 12 gübrəsəpən, 10 yaş və quru otdoğrayan maşın olmaqla, ümumilikdə, 69 kənd təsərrüfatı texnikası alınıb. Alınmış texnikalardan 2021-ci ildə 249-u lizinqə, 97-si nağd, 2022-ci ildə isə 32-si lizinqə, 2-si isə nağd olmaqla, ümumilikdə, 380 texnika və texnoloji avadanlıqlar sahibkarlara verilib.

Bildirilib ki, cəmiyyətin özündə və rayon bazalarında yerləşən bitkiçilik və heyvandarlıq apteklərində kənd təsərrüfatının müxtəlif sahələrində istifadə olunan dərmanlar, xüsusilə tərəvəzlərin zərərvericilərə qarşı qorunmasında əhəmiyyətli olan gübrələr satışa çıxarılır. Dərmanların istifadə qaydası haqqında torpaq mülkiyyətçilərinə və fermerlərə əvvəlcədən məlumat verilir. Cəmiyyətin anbarında kənd təsərrüfatı texnikalarının ehtiyat hissələri də vardır. Gübrə anbarlarına baxış zamanı bildirilib ki, bu il ümumilikdə 100 ton kompozit gübrəsi alınıb ki, sahibkarlara satışı həyata keçirilir. Cəmiyyətin rayon bazalarında gübrə ehtiyatı yaradılıb. Artıq 2021-2022-ci il üçün taxıl istehsalçılarına karbamid gübrəsinin paylanılması yekunlaşıb.

Ali Məclisin Sədri Kənd Təsərrüfatı Nazirliyi tərəfindən səyyari aptekin yaradılması, günəbaxan biçən texnikaların alınması, yeni texnika və avadanlıqların gətirilərək lizinq və nağd formada satışının təşkil olunması, bələdiyyə və dövlət mülkiyyətində olan dəmyə torpaqların “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən əkininin həyata keçirilməsi, günəbaxan və qarğıdalı əkinlərinin təşviqi barədə tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələn ilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib