Naxçıvanda yol qəzası zamanı avtomobil aşıb VİDEO
Naxçıvan, 14 yanvar, AZƏRTAC
Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Atatürk küçəsində qeydə alınıb. “Niva” markalı avtomobillə “Kia” markalı avtomobil toqquşub. Qəza nəticəsində avtomobillərdən biri aşıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.