Naxçıvandan olan hakimlər ilk dəfə Azərbaycan çempionatında oyun idarə ediblər
Bakı,18 dekabr, AZƏRTAC
AFFA U-17 Liqasının XIX turu çərçivəsində keçirilən “Neftçi” – “Şamaxı” oyununda ilk yaşanıb.
Qurumdan AZƏRTAC-a verilən məlumata görə, Naxçıvandan olan hakimlər briqadası AFFA Hakimlər Komitəsi tərəfindən bu görüşə təyinat alıb. “Neftçi Futbol Mərkəzi”ndə baş tutan matçı Pərviz İbrahimov idarə edib. Vüsal Xəlilzadə və İlkin Mustafazadə baş hakimin köməkçiləri qismində fəaliyyət göstəriblər.
Bununla Azərbaycan futbol tarixində ilk dəfə Naxçıvandan olan hakimlər briqadası AFFA-nın təşkil etdiyi respublika dərəcəli yarışda oyun idarə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]