Naxçıvanın dağlıq ərazilərində qarın hündürlüyü yarım metrdən çoxdur VİDEO
Naxçıvan, 14 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının bir sıra rayon və kəndlərinə hazırda qar yağır.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Parağaçay Qar Uçqunu Stansiyasında qarın hündürlüyü 23 santimetrdir.
Dağlıq ərazilərdə, o cümlədən 3000 metr yüksəklikdə isə qar örtüyünün qalınlığı 56 santimetr təşkil edir.