Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanın “Duzdağ” mağarasını nadir reabilitasiya mərkəzi kimi dünyaya tanıdan alim

Tokio, 28 fevral, AZƏRTAC 

Azərbaycanın müstəqilliyinin bərpasından ötən son 15 il tarixə bütün sahələrdə böyük inkişaf və tərəqqi dövrü kimi daxil olub. Həmin illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yalnız siyasi və iqtisadi sahədə deyil, eyni zamanda, sosial tərəqqi, əhalinin sağlamlığının yüksəlməsi və səhiyyəmizin sürətli inkişafı ilə də diqqəti cəlb edir. Təsadüfi deyil ki, həmin dövrdə respublikamızda minlərlə xəstəxana inşa edilib, köhnə səhiyyə müəssisələri əsaslı şəkildə təmir edilərək ən müasir tibbi avadanlıqla təchiz olunub. Bununla yanaşı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə göstərdiyi böyük diqqət, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən çoxsaylı layihələr Azərbaycan səhiyyəsini dünyanın aparıcı ölkələrinin bu sahəsi ilə bərabər səviyyəyə qaldırıb. Eyni zamanda, ölkə ərazisində olan nadir təbii müalicə müəssisələri yüksək standartlar səviyyəsində bərpa olunaraq, həm yerli əhalinin, həm də Azərbaycana üz tutan əcnəbilərin istifadəsinə verilib. Belə müəssisələrdən biri də öz unikal tibbi-müalicəvi və reabilitasiya əhəmiyyəti ilə seçilən Naxçıvan “Duzdağ” fizioterapevtik mərkəzidir.

Yaşı min illərlə olan “Duzdağ” mağarası Azərbaycanın ayrılmaz hissəsi, qədim tarixi və təbii gözəlliyi ilə seçilən Naxçıvan diyarının rəmzlərindən biridir. Doxsan milyon ton təbii sərvətə malik olan bu dağ yalnız şəffaf və təmiz duzu ilə deyil, həmçinin müalicəvi xüsusiyyətləri ilə məşhurdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi altında Azərbaycanın bu ayrılmaz parçasında aprılan böyük abadlıq və quruculuq işləri bu nadir səhiyyə mərkəzindən də yan keçməyib. Muxtar Respblika rəhbərliyinin böyük qayğı və diqqəti nəticəsində digər səhiyyə ocaqları kimi, bu səhiyyə müəssisəsi də əsaslı şəkildə yenidən qurularaq insanların istifadəsinə verilib.

Astma xəstəliyinin müalicəsi üçün illərdən bəri primitiv üsullarla istifadə edilən mağara hazırda günün tələblərinə tam cavab verən müasir sağlamlıq mərkəzinə çevrilib. Dağın altına doğru 300 metr uzanan və divarları duz qayaları ilə örtülü “Duzdağ” Fizioterapiya Mərkəzinin dünyada bənzəri yoxdur. Buraya gələnlər təxminən 2-3 həftə gecələri duz mağarasında keçirdikdən sonra yenidən sağlamlıqlarına qovuşurlar. Sovetlər dövründə SSRİ-ni idarə edənlərin böyük əksəriyyəti bu mağarada şəfa tapıb. Hətta rus çarlarının belə buraya müalicə üçün gəldiyi deyilir.

2006-cı ildə xəstəxananın yeraltı şöbəsində ən müasir tələblərə uyğun olaraq yenidənqurma işləri aparılıb, müasir avadanlıqlarla və ləvazimatlarla təmin olunub. Şöbənin 300 metr giriş yolu genişləndirilib, yolboyu işıqlanma sistemi yaradılıb. Xəstələrin yeraltı şöbəyə aparılıb gətirilməsi üçün yeni avtobus ayrılıb. Şərur-Naxçıvan magistral yolundan xəstəxananın yeraltı şöbəsinə qədər olan 5 kilometr yolda əsaslı təmir işləri aparılıb. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, aparılan abadlıq və yenidənqurma işlərindən sonra mərkəzdə vəziyyət daha da yaxşılaşıb. Burada il ərzində 1600-1700 xəstə qəbul edilir.

Müasir səhiyyədə belə müalicə speleoterapiya kimi tanınır. Azərbaycanda speleoterapiyanın müasir elm və tibbin yeni bir sahəsi kimi formalaşması isə tibb elmləri doktoru, professor Lalə Allahverdiyevanın adı ilə bağlıdır. Məhz Lalə Allahverdiyeva ilk dəfə Azərbaycanda speleoterapiyanın elmi istiqamətini əsaslandırıb, onun yüksək kliniki, funksional və laborator səmərəliliyini sübut edib. Onun rəhbərliyi ilə aparılmış elmi tədqiqat işləri həm Azərbaycanda, həm də dünyada speleoterapiyanı keyfiyyətcə yeni səviyyəyə yüksəldib. Onun tərəfindən speleoterapiyanın səmərəliliyinə dair çoxlu sayda elmi məqalələr dərc olunub.

L.Allahverdiyeva Azərbaycan speleoterapiyasının və Naxçıvan “Duzdağ” mağarasının dünya miqyasında tanınması məqsədilə dəfələrlə beynəlxalq forumlarda, konqreslərdə, simpoziumlarda məruzələrlə çıxış edib. Belə ki, 2015-ci ildə Sinqapurda keçirilən XXI Ümumdünya Tibdə Reabilitasiya və İmmunoreabilitasiya Konqresi və VIII Ümumdünya Astma, Allergiya və XOAX üzrə Forumda L.Allahverdiyeva “Naxçıvanın Duzdağ mağarasında bronxial astmanın qeyri medikamentoz müalicəsi” adlı məruzə ilə çıxış edərək birinci yeri tutub və WIPO-nun (World Immunopotology Organization) prezidenti tərəfindən diplomla təltif olunub.

2017-ci ilin aprelində ABŞ-ın Nyu-York şəhərində keçirilən Ümumdünya Tibdə Reabilitasiya və İmmunoreabilitasiya Konqresi və X Ümumdünya İmmunopatologiya təşkilatı tərəfindən Allergiya, Astma, XOAX üzrə Beynəlxalq Forum keçirilib. Tədbirdə 50-dən çox ölkədən (ABŞ, Avropa, Asiya, Afrika) nümayəndələr iştirak ediblər. Bu mötəbər tədbirdə də respublikamızı ATU-nun “Allerqologiya və İmmunologiya” kafedrasının müdiri professor L.Allahverdiyeva təmsil edib. Bu forumda o, iki məruzə ilə çıxış edib - “Atopik bronxial astmalı uşaq və yeniyetmələrdə Naxçıvan “Duzdağ” mağarasının səmərəliliyi” və “Allergik rinit və bronxial astma olan uşaqlarda sublinqval allergenspesifik immunoterapiya”. O, iştirakçıları Naxçıvanda yerləşən duz mağaralarının müalicəvi, reabilitasiya imkanları və speleoterapiya üstünlükləri ilə daha yaxından tanış etmək məqsədilə forumda plakatlar, broşürlər, məqalələrdən ibarət ekspozisiya sərgiləyib və videoçarx nümayiş etdirib. Həmyerlimizin təqdimatı ABŞ, İspaniya, Rumıniya, Bolqarıstan, Filippin və digər ölkələrin alimlərində geniş maraq oyadıb və onlar bilavasitə bu təbii mənbə ilə tanış olmaq istədiklərini bildiriblər. Nəticədə L.Allahverdiyevanın Naxçıvan“ Duzdağ” mağarası haqqında məruzəsi birinci yerə layiq görülüb və WIPO-nun prezidenti tərəfindən diplomla mükafatlandırılıb.

2019-cu ilin fevralında ABŞ-ın San-Fransisko şəhərində Amerikanın Astma, Allergiya və İmmunologiya Akademiyası tərəfindən keçirilən konqresdə L.Allahverdiyevanın “Naxçıvan “Duzdağ” mağaralarının pediatrik astmanın müalicəsində rolu” adlı məruzəsi təqdim olunub və bu akademiyanın “Allergy and Clinical Immunology” jurnalında çap edilib.

Speleoterapiya metodu adlandırılan bu üsul təbii, müasir texnologiyalı, yüksək effektli, qeyri-medikamentoz müalicə və profilaktika üsullarına aiddir. Bu metod vasitəsilə həm allergik, həm də qeyri-allergik bronx-ağciyər xəstəlikləri, pollinoz, ekzema, atopik dermatit, neyrodermit, stress və sinir gərginliyi kimi digər xəstəliklər öz müalicəsini tapıb. Bu metodun əsas xüsusiyyətlərindən biri duz mağaralarının təbii mikroiqlimidir.

Mövcud məlumatlara görə, 6 min il bundan əvvəl, Nuh-Nəbi (Nuh peyğəmbər) dövründən Naxçıvanın “Duzdağ” mağarasında duz çıxarılır. Naxçıvan ərazisindən Yaxın Şərq ölkələrinə qədər “duz yolu” uzanırdı. Bu yerlər haqqında bir çox kitab və elmi əsərlər yazılsa da, indiyə qədər bu torpağın sirri tamamilə açılmayıb. “Duzdağ” mağarası və duz şaxtası adlı artefakt bəşəriyyətin nailiyyətlərindən biri sayılır. Qeyd etdiyimiz kimi, bu mağara həm də mühüm tibbi-müalicəvi əhəmiyyətə malikdir.

Məşhur Naxçıvan “Duzdağ” sanatoriyası vaxtilə keçmiş SSRİ ərazisində ən unikal yerlərdən biri hesab olunurdu. Hazırda bu reabilitasiya mərkəzi özünün intibah dövrünü yaşayır. Onun populyarlığı o qədər yüksəkdir ki, respublikamızın sakinləri ilə yanaşı, bütün MDB ölkələri, Türkiyə və İran vətəndaşları da bura müalicə üçün gəlirlər. Avstriya, Almaniya, İtaliya, Polşa, Rumıniya, Macarıstan, Belarus, Ukrayna, Qırğızıstan və Rusiyada bu cür mağaraların olmasına baxmayaraq, Avropa ölkələrindən də bura gələn xəstələrin sayı ildən-ilə artır. Bunun əsas səbəbi Naxçıvanın “Duzdağ” mağaralarında olan iqlimin unikal kimyəvi tərkibidir. Belə ki, “Duzdağın” mikroiqliminin tərkibində daha çox miqdarda natrium və xlor ionları mövcuddur. Buradakı havanın tərkibində kiçik dispersli Na və Cl ionlarının ölçüsü 1 millimikrondan 5 millimikrona qədərdir (82,6 faiz). Bu tərkib bronx-ağciyər xəstəliklərinin müalicəsində olduqca səmərəlidir. Bu cür duzlu aerozol yeraltı müalicə ocağının havasını təmizləyir, burada mikrobsuz və steril bir şərait yaradır. Başqa ölkələrdə olan mağaralarda isə Ca ionları üstünlük təşkil edir, bu isə müalicənin effektivliyini aşağı salır. Məsələn, Solotvinodakı (Ukrayna) oxşar sanatoriya ilə müqayisədə buradakı havada 6 dəfə çox Na və Cl ionları var. Bütün bu amillər, yəni, optimal iqlim şəraiti və müalicənin yüksək səmərəliliyi Naxçıvan “Duzdağ” mağarasını dünyada analoqu olmayan bir müalicə mərkəzinə çevirib.

Hərtərəfli elmi tədqiqat əsasında hazırlanmış yeraltı xəstəxananın quruluşu sınaqdan keçirilib və dünya miqyasında tanınır. Yeraltı xəstəxananın uzun müddətli istismarı, onun yaradılması zamanı istifadə olunan konstruksiya, mağaradakı mikroiqlimin xüsusiyyətləri bu tibb ocağında optimal şəraitin yaradıldığını göstərir.

Naxçıvan “Duzdağ” mağarasının digər bu tip mağaralardan üstünlüyünün bir göstəricisi də onun üfüqi vəziyyətdə yerləşməsi və havalandırılmasıdır, bu isə xəstələrin mövcud şəraitə daha tez və asan uyğunlaşmasına səbəb olur.

Mağaradakı mikroiqlimin sabit parametrlərə malik olması, havanın əlverişli qaz, aerozol, ion tərkibi, bakterial çirklənmənin aşağı olması və allergenlərin tamamilə olmaması mərkəzin əsas göstəricilərindəndir.

Bu gün Naxçıvan “Duzdag” fizioterapiya mərkəzi speleoterapiya sahəsində aparıcı müalicə müəssisəsidir. Mərkəz dəniz səviyyəsindən 1173 metr yüksəklikdə yerləşir. Xəstəxana yerüstü və yeraltı hissələrdən ibarətdir. Speleoxəstəxananın yeraltı hissəsi 110 metr dərinlikdə yerləşir, 5 qalereya və 47 palatadan ibarətdir. Yeraltı fizioterapiya şöbəsində xəstələr daimi tibbi nəzarət altındadır. “Duzdağ” müalicə mərkəzi öz potensial imkanları ilə Azərbaycan Respublikası səhiyyəsində unikal müalicə və reabilitasiya mərkəzi sayılır.

L.Allahverdiyeva nəinki Azərbaycanda, MDB ölkələrində, hətta bu hüdudlardan kənarda, Amerika Birləşmiş Ştatlarında, Kanadada, Avropada və o cümlədən dünyanın bir çox ölkələrində tanınmış alim və həkim - allerqoloqdur. Belə ki, 2006-2007-ci illərdə elmi nailiyyətlərinə görə onun adı Amerika Birləşmiş Ştatlarının “Tibdə və Səhiyyədə kim kimdir” (“Who's Who in Medicine and Helthcare”) məşhur ensiklopedik toplusuna daxil edilib. 2011-ci ildə isə o, tibb sahəsində böyük nailiyyətlərinə görə İngiltərənin Kembric Universitetinin “The Cambridge Certificate for Outstanding Medical Achievement” sertifikatı ilə təltif olunub.

Tanınmış alim xaricdə (ABŞ, Fransa, İngiltərə, İspaniya, Almaniya, İtaliya, Avstriya, Hollandiya, İsveçrə, Danimarka, Sinqapur, BƏƏ, Türkiyə, Misir, Rusiya, Gürcüstan, Özbəkistan və s. ölkələrdə) keçirilən beynəlxalq konfranslarda, simpoziumlarda və konqreslərdə çıxış etdiyi məruzələrdə və sədrlik etdiyi plenar sessiyalarda dəfələrlə Azərbaycanı yüksək səviyyədə təmsil edib.

Dünyada ilk dəfə olaraq, Naxçıvan “Duzdağ” mağarasında müalicə olunan xəstələrin nəticələrini obyektiv qiymətləndirmək və düzgün müalicə aparmaq məqsədilə onun tərəfindən dünyanın məşhur tədqiqat mərkəzlərində istifadə olunan “Nioxmino” aparatı İsveçdən ölkəmizə gətirilib. Bu cihaz vasitəsilə bronxial astmalı xəstələrdə verilən nəfəsdə azot-2 oksidin təyini aparılıb.

Onun rəhbərliyi altında mütəxəssislər qrupu tərəfindən xəstəliyin növünə və xəstələrin yaşına görə speleoterapiyanın yeni müalicə sxemi hazırlanıb. Bu yeni hazırlanmış sxemlə müalicə olunan xəstələrin sağalması, bu üsulun daha yüksək səmərəliliyini sübut edib.

L.Allahverdiyeva uzun illər apardığı tədqiqatın mühüm əhəmiyyətini belə qiymətləndirib: “Naxçıvan “Duzdağ” mağarasında müxtəlif ağciyər-bronx patologiyası olan xəstələrdə aparılan müalicə, speleoterapiyanın yüksək səmərəliyini bir daha təsdiq edib. Belə ki, bronxial astmalı xəstələrdə aparılan müalicədən sonra onların 70-80 faizində 6 aydan 2 ilə qədər yaxşılaşma qeyd olunur. Bu gün fizioterapevtik mərkəz olan “Duzdağ” mağarası Naxçıvanın vizit kartına çevrilib. Hazırda bu mərkəz bir sıra xəstəliklərin profilaktika, müalicə və reabilitasiyasında təbii effektiv qeyri-medikamentoz müalicə üsullarından biridir. Lakin bilmək lazımdır ki, speleoterapiya medikamentoz müalicəni nə inkar, nə də əvəz etmir. İlk növbədə, xəstələrə, xəstəliyin ağırlığından asılı olaraq, medikamentoz müalicə təyin edilməlidir. Kəskinləşmə aradan qalxdıqdan sonra isə reabilitasiya mərhələsində speleoterapiya kursu təyin olunmalıdır. Speleoterapiyanı bizim ölkəmizdə bundan sonra daha da inkişaf etdirmək lazımdır. Əminik ki, Naxçıvanda aparılan speleoterapiya sağlamlığın industriyasına çevriləcək”.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“ACWA Power”: Uzunmüddətli iqtisadi transformasiya üçün KOB-ların fəal iştirakı vacibdir

Antonio Rüdiger “Real Madrid”lə yeni müqavilə imzalayıb

Yaponiya ekstremal istilərə hazırlaşır

KOBİA: “KOB-ların yaşıl keçidi üzrə Bakı Birgə Bəyannaməsi” təşəbbüsü irəli sürülüb

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilib YENİLƏNİB VİDEO

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilib YENİLƏNİB VİDEO

“Gəncə” üç voleybolçu ilə vidalaşıb

İran parlamentinin spikeri ABŞ ilə memorandumun imzalanması mərasimində iştirak edəcək

İİB-in illik toplantısı çərçivəsində gənclərin inkişafı və regional inteqrasiyanın təşviqi üzrə maliyyələşmə imkanları nəzərdən keçirilib

Gələn il Ağcabədi rayonunda 5 min hektar sahədə yeni müasir suvarma sistemləri quraşdırılacaq

Hüseyn Hüseynov: Dayanıqlı inkişafın maliyyələşdirilməsi üçün innovativ alətlərə ehtiyac artır

Baş nazir Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir

Çində 6,4 bal gücündə zəlzələ olub

Serbiya Gürcüstanda səfirlik açacaq

Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

ADSEA: İçməli və suvarma suyuna artan tələbatın ödənilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşüb

Fransada “Rafale F5” döyüş təyyarələri üçün yeni nəsil hipersəs nüvə raketi hazırlanır

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunub YENİLƏNİB VİDEO

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunub YENİLƏNİB VİDEO

Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub

Prezident Kitabxanasında Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş dəyirmi masa

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb

Deputat: Məktəblərdə vahid geyim forması beynəlxalq təcrübədə geniş tətbiq olunur

Türk Strateji Düşüncə Mərkəzinin rəhbəri: Hər gəlişimdə Azərbaycanı daha da inkişaf etmiş görürəm

AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub

Təklif olunan dəyişikliklər şagirdlər və pedaqoji heyət üçün vahid yanaşmanın formalaşdırılmasına xidmət edir

Nazir müşaviri: Dayanıqlı İnkişaf Məqsədlərinin yalnız 17 faizi üzrə hədəflərə nail olunması plan üzrə irəliləyir

Dünyanın beş varlı insanı bir gün ərzində sərvətlərinə 336 milyard dollar əlavə edib

Erməni orta məktəblərində nifrət nitqi və tarixi faktların saxtalaşdırılmasına dair kitabın təqdimatı olub

SOCAR və IPA layihə idarəetmə sistemlərinin təkmilləşdirilməsini nəzərdən keçirib

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir YENİLƏNİB VİDEO

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir YENİLƏNİB VİDEO

Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb

Sabah Bakıda 34, bəzi rayonlarda isə 35 dərəcəyədək isti olacaq

Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

Fariz İsmayılzadə: Məqsəd dünyada tətbiq olunan ən müasir təcrübəni Azərbaycana gətirməkdir

İlham Bayramov: Qarabağ iqtisadi rayonu üzrə planlaşdırılan suvarma suyunun 62,7 faizi dənli və yem bitkilərinə yönəldiləcək

“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb

® Prezidentin regionların inkişafı çağırışına dəstək: “Prime Cotton” baş ofisini Mingəçevirə köçürür

“Məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti haqqında” 1-məktəbdənkənar təhsil №-li illik rəsmi stаtistikа hеsаbаtı fоrmаsı və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Şamaxıda 200-ə yaxın sahibkar istehlakçı hüquqları mövzusunda maarifləndirilib

Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək

480 min hektar örüş və otlaq sahəsinin bərpasının təşviqi nəzərdə tutulur

® ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur

Şəkidə yaş barama tədarükünə başlanılıb

Qubada superintensiv meyvə bağlarının sahəsinin 18 min 500 hektara çatdırılması planlaşdırılır

Rizvan Nəbiyev: Nifrət ideologiyasının dərsliklər vasitəsilə aşılanması gələcək nəsillərə ciddi təsir göstərir

Qazaxıstan 2030-cu ilədək dəmir yolu tranzitinin həcmini ikiqat artırmaq niyyətindədir

Lənkəranda çəltik və çay istehsalının artırılması idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaldacaq

BDU-da yaz imtahan sessiyası davam edir

İsrail İrana qarşı planlaşdırılan genişmiqyaslı hücumun son anda dayandırıldığını açıqlayıb

Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb

Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələblər müəyyən edilir

Dövlət Proqramında 150 min ton əlavə taxıl silolarının qurulması üçün dəstək mexanizmlərinin tətbiqi nəzərdə tutulur

Nasar Hayat: Azərbaycan yaşıl iqtisadiyyata keçid istiqamətində mühüm nailiyyətlər əldə edib

22 rayonda 84,9 min hektar sahədə lazer hamarlamanın tətbiqi planlaşdırılır

Quba, Siyəzən, Abşeron və Xızı dəmyə əkinçiliyi rayonlarının sırasına daxil edilib

Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb

Brüssel Vaşinqtonun Avropanı Ukrayna danışıqlarından kənarda saxlayacağından qorxur

Nazir müavini: Buğda istehsalının inkişafı üzrə 8 perspektiv rayon müəyyən edilib

Astarada vətəndaşlara hüquqi yardım aksiyası təşkil edilib

2030-cu ilə qədər müasir suvarma sistemləri quraşdırılmış sahələrin 300 min hektara çatdırılması proqnozlaşdırılır

Tunis millisinə yeni baş məşqçi təyin olunub

“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib

FAO: Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsində özəl kapitalın rolu artırılmalıdır

Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib

Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb

Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Qars şəhərində rəsmi səfərdə olub

Konqoda Ebola virusuna yoluxanların sayı 808 nəfərə çatıb

“Türk xalqlarının folkloru” seriyasından növbəti nəşr işıq üzü görüb

Zaur Əliyev: Buğda istehsalı üzrə 22 hədəf rayon müəyyən edilib, Ağcabədi, Ağdam, Bərdə və Tərtər də bu siyahıdadır

Bakı və Ankara regional liderlik yolunda: Orta Dəhlizin geosiyasi gücü

Məktəbdaxili nizam-intizamın və təşkilati mühitin gücləndirilməsi diqqət mərkəzindədir

Bu saata olan əsas xəbərlər

Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb

Ahıllar evinin sakinləri beynəlxalq festivalda ikinci yerə çıxıblar

Nazir müavini: Dövlət Proqramı konkret hədəflərə, icra mexanizmlərinə və nəticə göstəricilərinə əsaslanır

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mütəxəssisləri Türkiyə təcrübəsini öyrəniblər

Özbəkistan 28 növ nadir mineralın sənaye istehsalını təşkil edəcək

ADSEA rəsmisi: Qarşımızda duran ən böyük çağırışlardan biri mövcud ehtiyatlara uyğun əkin strukturunun yaradılmasıdır

Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb

Zaur Mikayılov: Şimal və şimal-şərq bölgələrinin su təminatının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı layihələr icra olunur

Qanunvericiliyin təkmilləşdirilməsi daha təhlükəsiz rəqəmsal mühitin formalaşmasına töhfə verə bilər – RƏY

Media: Hörmüz boğazında gəmiçiliyin bərpası bir ay çəkə bilər

Zaur Əliyev: Yeni Dövlət Proqramı aqrar transformasiyanın əsas yol xəritəsidir

Natiq Məmmədli: Azərbaycan mediası yeni çağırışlara daha çevik reaksiya verəcək

Böyük Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısını genişləndirib

İlhamə Qədimova: Yeni Dövlət Proqramında buğda istehsalı üzrə 22 rayon hədəf olaraq müəyyən edilib

Alimlər Fərat çayının qədim mənşəyini araşdırırlar

SESRIC rəhbəri: Halal iqtisadiyyatda standart fərqləri və məlumat çatışmazlığı əsas çağırışlardandır

Böyük Britaniyada yerli seçkilərdə namizəd olan azərbaycanlı: İlk seçki təcrübəm mənim üçün dəyərli dərs oldu

DİM Azərbaycan dili imtahanı verəcək şəxslərə müraciət edib

Seymur Səfərli: 2030-cu ilə qədər süd istehsalının 10 faiz, mal əti istehsalının isə 20 faizdən çox artırılması hədəflənir

Danimarka hərracından alınan Bakı təsvirli unikal əsər geniş ictimaiyyətə təqdim edilib

Nazir müavini: Məhsuldarlığın maksimum artırılması bu gün aqrar sahənin qarşısında duran əsas vəzifələrdən biridir

Alimlər kosmosda həyat axtarışı üçün yeni metod hazırlayıblar

“Divlər sarayı”nın izi ilə: Azıx qəbiləsindən alp babalarımıza uzanan yol

Ekoloqlar: İqlim böhranına davam gətirə biləcək təqribən 166 min kvadratkilometr mərcan rifləri mövcuddur