Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda iqtisadi potensialın və regional imkanların reallaşdırılması əsas hədəfdir ŞƏRH

Naxçıvanda iqtisadi potensialın və regional imkanların reallaşdırılması əsas hədəfdir ŞƏRH

Bakı, 12 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası son illərdə Azərbaycanın sosial-iqtisadi inkişaf gündəliyində yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı görülən işlərlə yerində tanış olması, yeni layihələrin təməlini qoyması və Azərbaycan Televiziyasına müsahibəsində Naxçıvanın gələcəyi ilə bağlı səsləndirdiyi fikirlər bu inkişaf mərhələsinin həm miqyasını, həm də qarşıdakı dövr üçün əsas istiqamətlərini göstərir. Son illərdə qəbul edilən qərarlar və həyata keçirilən layihələrə nəzər saldıqda Naxçıvanın inkişafına kompleks yanaşmanın olduğu aydın görünür. Dövlətimizin başçısının Naxçıvana 17 dəfə səfər etməsi də muxtar respublikanın inkişaf məsələlərinin daim yüksək səviyyədə diqqətdə saxlanıldığını göstərən mühüm məqamlardandır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

O bildirib ki, bu yanaşmanın əsas xüsusiyyətlərindən biri Naxçıvanın mövcud iqtisadi potensialının daha səmərəli şəkildə gücləndirilməsidir. 2023-2027-ci illər üçün Dövlət Proqramının icrası çərçivəsində sahibkarlığın təşviqi, yeni istehsal və xidmət sahələrinin yaradılması, investisiya fəallığının artırılması istiqamətində görülən işlər artıq konkret nəticələr verir. “2023-cü ildən 2026-cı ilin birinci yarısınadək muxtar respublikada 359 istehsal və xidmət sahəsinin yaradılması, 342 sahibkarlıq layihəsinə 27,2 milyon manat güzəştli kreditin verilməsi bunun göstəricisidir. Eyni dövrdə əsas kapitala investisiyaların əhəmiyyətli dərəcədə artması Naxçıvanda iqtisadi fəallığın genişləndiyini göstərir. Prezident İlham Əliyevin müsahibəsində iqtisadi inkişaf və özəl sektorun imkanlarına xüsusi diqqət çəkməsi qarşıdakı mərhələdə bu dinamikanın daha da gücləndirilməsinin əsas hədəflərdən biri olduğunu göstərir. Sahibkarlığın inkişafı, yeni istehsal sahələrinin yaradılması və investisiya imkanlarının genişləndirilməsi Naxçıvanın iqtisadi potensialının daha dolğun reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Naxçıvanın inkişafında diqqətçəkən digər mühüm məqam infrastruktur layihələrinin iqtisadi inkişafla paralel şəkildə həyata keçirilməsidir. Enerji və su təminatının müasirləşdirilməsi, yol infrastrukturunun yenilənməsi, yeni sosial obyektlərin yaradılması muxtar respublikanın uzunmüddətli inkişafı üçün zəruri bazanı formalaşdırır. İğdır–Naxçıvan təbii qaz boru kəmərinin istifadəyə verilməsi, yeni elektrik stansiyalarının tikintisi və elektrik şəbəkəsinin yenidən qurulması enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə xidmət edir. Su ehtiyatlarının idarə olunması ilə bağlı 2026-2030-cu illəri əhatə edən genişmiqyaslı tədbirlər isə həm əhalinin həyat şəraitinin yaxşılaşdırılması, həm də kənd təsərrüfatının inkişafı baxımından yeni imkanlar yaradacaq. Bu baxımdan Naxçıvanda həyata keçirilən tədbirləri ayrı-ayrı sahələr üzrə icra olunan layihələr kimi qiymətləndirmək düzgün olmazdı. Burada iqtisadiyyat, enerji, su təsərrüfatı, nəqliyyat və sosial infrastruktur bir-birini tamamlayan vahid inkişaf modelinin tərkib hissələridir. Bu yanaşma Naxçıvanın uzunmüddətli və dayanıqlı inkişafı üçün mühüm zəmin yaradır", - deyə siyasi şərhçi bildirib.

Ülviyyə Zülfiqar qeyd edib ki, bütün bunlarla yanaşı, yeni nəqliyyat imkanlarının yaranması Naxçıvanın gələcək inkişaf perspektivlərinə əlavə strateji məzmun verir. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa bağlantının yaradılması, dəmir yolu əlaqəsinin bərpası və Qars–İğdır–Naxçıvan dəmir yolu layihəsinin həyata keçirilməsi muxtar respublikanın tranzit və logistika imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. “Prezident İlham Əliyevin müsahibəsində bu məsələlərə xüsusi yer ayırması Naxçıvanın gələcəyinin daha geniş regional nəqliyyat və iqtisadi əməkdaşlıq xətti çərçivəsində nəzərdən keçirildiyini göstərir. Nəqliyyat bağlantılarının genişlənməsi Naxçıvanın coğrafi mövqeyinin iqtisadi üstünlüyə çevrilməsi, yeni ticarət əlaqələrinin formalaşması və muxtar respublikanın regional logistika sistemində rolunun artması üçün mühüm imkanlar yaradır. Prezident İlham Əliyevin Naxçıvana növbəti səfəri görülmüş işlərin qiymətləndirilməsi ilə yanaşı, qarşıdakı mərhələnin prioritetlərinin müəyyənləşdirilməsi baxımından da əhəmiyyətlidir. Naxçıvanda iqtisadiyyat, enerji, su təsərrüfatı, nəqliyyat, sosial infrastruktur və idarəetməni əhatə edən genişmiqyaslı yenilənmə prosesi gedir. Bu prosesin ardıcıllığı Naxçıvanın ölkənin ümumi inkişaf tempinə daha sıx inteqrasiyasına, mövcud potensialının daha dolğun reallaşdırılmasına və regional iqtisadi əlaqələrdə rolunun artmasına imkan yaradır. Dövlətimizin başçısının səfər zamanı verdiyi mesajlar da göstərir ki, qarşıdakı dövrdə əsas məqsəd əldə edilmiş nəticələri möhkəmləndirmək və Naxçıvanın yeni inkişaf imkanlarını real iqtisadi üstünlüklərə çevirməkdir", – deyə Ü.Zülfiqar fikirlərini yekunlaşdırıb.

Müxbir - Səbinə Əlizadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü ərəfəsində şəhid ailələrinə ordenlər təqdim olunub

Bu il Günəş enerjisi üzrə 459 giqavat/saat yeni batareya tutumu istifadəyə veriləcək

Qusarda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda tədbir təşkil olunub

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

Azərbaycanda neft bitumu və neft koksu istehsalının həcmi açıqlanıb

AZAL Atırauya ilk reysini həyata keçirib

Tramp Hörmüz boğazında ABŞ-nin səylərinə mane olarsa, Omana hücum edəcəyini açıqlayıb

Gədəbəydə Qafqaz Albaniyası dövrünə aid 560 qəbirin aşkarlandığı Xarxar nekropolunda genişmiqyaslı qazıntılar aparılır

Şuşanın Kiçik Qaladərəsi kəndinə köçən 11 ailəyə mənzillərin açarları təqdim edilib

Sabirabadda yol qəzası olub, yaralılar var VİDEO

Sabirabadda yol qəzası olub, yaralılar var VİDEO

Dövlət orqanlarında 847 vakant inzibati vəzifənin tutulması üçün müsahibə elan edilib

Yeni sülh və kommunikasiya gündəliyinin kəsişdiyi məkan ŞƏRH

Qubada minik və yük avtomobilləri toqquşub, yaralılar var VİDEO

Qubada minik və yük avtomobilləri toqquşub, yaralılar var VİDEO

Özəlləşdirmə və icarədən büdcəyə 145 milyon manat vəsait ödənilib

Neft məhsullarının istehsal dəyəri 3 milyard manatı ötüb

Türkiyə vətəndaşı uşaq ölümlərinə diqqəti cəlb etmək üçün 730 kilometr yolu piyada gedəcək

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 33 faizi ötüb

Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan uzaq qalacaq

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

Brüsseldə açılan “Postkolonial?” sərgisi Avropanın müstəmləkəçilik irsini araşdırır

Yeddi ayda Bakı-Tbilisi-Ərzurum kəməri ilə 13,3 milyard kubmetr qaz ixrac edilib

2020-ci ildən bəri Avropada 624 hidrogen layihəsi qeydə alınıb

Arif Əsədov: Zubirin gedişi “Qarabağ”a müvəqqəti çətinlik yaradacaq

“Nyukasl” gürcü futbolçu üçün 47 milyon funt təklif etməyə hazırlaşır

® Aylıq 1 faizdən başlayan “Lombard” krediti

ANAMA: Ötən həftə 132 mina aşkarlanaraq zərərsizləşdirilib

Rəsədxana: Avqustun 17-18-də zəif geomaqnit qasırğası gözlənilir

Avropada qaz anbarlarının doluluq nisbəti 60,8 faizdir

Yaxın iki gündə hava əsasən yağmursuz keçəcək - Açıqlama

"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla yekunlaşıb

Naxçıvan Azərbaycanın gələcək inkişaf xəritəsində xüsusi yer tutur ŞƏRH

Naxçıvanın müdafiə, enerji və logistika dayanıqlığının gücləndirilməsi təhlükəsizlik arxitekturasının əsasını təşkil edir- ŞƏRH

Məlahət Abbasova Türkiyənin Film-San teatr mükafatının münsiflər heyətinə seçilib

Türkiyədə Ani qalasının fəthinin 962-ci ildönümü qeyd olunub

Türkiyədə 485 min əlyazma və nadir çap əsəri rəqəmsallaşdırılıb

Gənclərin dini təhlükəsizliyi: sosial şəbəkələr və müasir çağırışlar

Böyük Britaniyada rekord istilərdən sonra hava şəraiti kəskin dəyişəcək

“AstraZeneca” ağciyər xərçəngi üzrə mühüm klinik sınağı dayandırıb

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının adından istifadə olunmaqla kiberdələduzluq edən şəxslər saxlanılıblar VİDEO

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının adından istifadə olunmaqla kiberdələduzluq edən şəxslər saxlanılıblar VİDEO

Səfir: Prezident İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunam

“Sumqayıt”ın kapitanı əməliyyat olunub

“Nestle” arıqlama preparatlarından istifadə edən istehlakçılar üçün yeni məhsullar hazırlamağı planlaşdırır

Şəhid ailələri Qarabağa səfər ediblər

“İmişli” gənc futbolçusu ilə vidalaşıb

“Maarifçi”lər arasında keçirilən intellektual oyunun qalibi məlum olub

Güneyxırman və Quzeyxırman kəndlərinə köçən ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

Üçüncü qrupda hansı ixtisaslara əlavə müsabiqə şərtləri tətbiq olunur? – DİM-dən açıqlama

Azərbaycan məktəbliləri IOI 2026-da üç bürünc medal qazanıblar

Bir neçə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Endi Börnhem özünü Trampın aparat rəhbəri kimi təqdim edən şəxslə mesajlaşıb

Komitə sədri İsmayıllıda vətəndaşların müraciətlərini dinləyəcək

Türkiyədə daşınmaz əmlakın Fəlakət Sığortası sistemi ilə əhatə olunması 58 faizə yüksəlib

Oksford Universitetinin tələbəsi “ASAN xidmət”də yay təcrübə proqramını başa vurub

TRT-nin “Azərbaycan rüzgarı” proqramının növbəti buraxılışı Xalq artisti Elza İbrahimovaya həsr olunub

Bu ilin yanvar-iyul aylarında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 4963 cinayət faktı aşkarlanıb

Azərbaycan U-15 millisi UEFA İnkişaf Turnirində son oyuna çıxıb

Yaxın Şərqdəki istehsalçıların Körfəzdən böyük həcmdə neft göndərməyə davam etdiyi bildirilir

Qarabağ və Şərqi Zəngəzurun dini-mədəni irsi araşdırılır

Almaniyadan könüllü geri qayıdanların sayı artıb

Naxçıvan Regional DOST Mərkəzi: sosial xidmətlərdə “bir pəncərə” və vətəndaş məmnuniyyəti VİDEO

Naxçıvan Regional DOST Mərkəzi: sosial xidmətlərdə “bir pəncərə” və vətəndaş məmnuniyyəti VİDEO

İsveçdə meteoroloq çatışmazlığı yaranıb - işə təqaüdçülər cəlb olunur

Azərbaycanın iki cüdoçusu İspaniya Superkubokunda qızıl medal qazanıb

Hamiləliklə bağlı internetdə yayılan yanlış məlumatlar hansı təhlükələr yaradır? - Mütəxəssis izah edir

“Yuventus” Qulyelmo Vikario transferinə yaxındır

Cavid İsmayılov: NDU-da yeni yataqxana kompleksinin tikintisi tələbələrin sosial rifahını yaxşılaşdıracaq

Kolleclərə qəbul olanların nəzərinə: qeydiyyat prosesi başlanır

Sabah hava əsasən yağmursuz keçəcək

İstanbul UNESCO Dünya İrsi Komitəsinin 49-cu sessiyasına ev sahibliyi edəcək VİDEO

İstanbul UNESCO Dünya İrsi Komitəsinin 49-cu sessiyasına ev sahibliyi edəcək VİDEO

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

Türkiyədə plastik çirklənmə ilə mübarizəyə dair “yol xəritəsi” hazırlanır

Qazaxıstanda Azərbaycan komandasının da iştirak etdiyi gənc müfəttişlərin toplantısı davam edir

“Rheinmetall” Almaniya ordusu üçün əlavə 149 mobil tibbi yardım məntəqəsi hazırlayacaq

“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 459-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çimərliklərdə təhlükəsizlik necə təmin olunur? – Xilasedicilərin məsuliyyəti, bəzi vətəndaşların biganəliyi VİDEO

Çimərliklərdə təhlükəsizlik necə təmin olunur? – Xilasedicilərin məsuliyyəti, bəzi vətəndaşların biganəliyi VİDEO

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı şəhid olmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçisinin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Siyəzəndə restoran yanıb

Bu saata olan əsas xəbərlər

Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko ilə görüşüb

“Gəncə” yerli basketbolçu transfer edib

“Neftçi” Azərbaycan Premyer Liqasındakı uğursuz start seriyasına son qoyub

“Sumqayıt”da 4-cü, Premyer Liqada 71-ci legioner

Üçüncü ixtisas qrupu üzrə qəbul statistikası və plan yerləri açıqlanıb

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında növbəti qələbəsini qazanıb

Ben Şelton “Masters” seriyalı turnirdə çıxışını başa vurub

Baş prokuror Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək

Ekspert: Azərbaycanda kənar dövlət maliyyə nəzarəti rəqəmsallaşdırılır

Bu il Azərbaycan 55 milyon dollarlıq metanol ixrac edib

Onqat Avropa çempionu: İllərin təcrübəsi və düzgün hazırlıq öz sözünü dedi - MÜSAHİBƏ

Yeddi ayda ixrac edilən xam neft və neft məhsullarının həcmi açıqlanıb

Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var

İndoneziya Respublikasının Prezidenti Zati-aliləri cənab Prabovo Subiantoya

Ötən ay əlilliyə görə pensiya alanların sayı açıqlanıb

Azərbaycan millisinin basketbolçusu “Neftçi”yə keçib

“Yuventus” Kolumbiya millisinin futbolçusunu transfer edib

“Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul elan olunub

Salyanda yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alınıb