Naxçıvanlı karateçilər Türkiyədə uğur qazanıblar
Naxçıvan, 4 avqust, AZƏRTAC
Türkiyənin Rizə şəhərindəki Yenişehir İdman Salonunda "Karadeniz və Hazar Ülkeleri Karate Şampiyonası" adlı yarış keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, çempionatda Qaradəniz və Xəzər hövzəsinə aid ölkələrdən 1000-ə yaxın idmançı uşaqlar, ümidlər və gənclər kateqoriyalarında mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikasından yarışda 3 idmançı iştirak edib. Onlardan Fatimə Bağırzadə (10–11 yaş, 50 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub, Xədicə Bayramova (10–11 yaş, 35 kq) isə bürünc medal qazanıb.