Nazir müavini: Azərbaycanın reallaşdırdığı enerji siyasəti tərəfdaşlarımızın təhlükəsizliyini təmin edir
Bakı, 22 noyabr, AZƏRTAC
Son illərdə neftin dünya bazarında qiymətinin dəyişməsi geosiyasi amillərin təsiri ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bunu energetika nazirinin müavini Samir Vəliyev bu gün Bakıda "SPECA regionun qlobal bağlantı qovşağına çevrilməsi" mövzusunda keçirilən SPECA 2023 iqtisadi forumda deyib.
Nazir müavini əlavə edib ki, aşağı karbonlu enerjiyə keçiddə təbii qazın rolu artır, lakin burada enerji təhlükəsizliyi, mənbə və marşrutların diversifikasiyası kimi məsələlər ön plana çıxır: “Azərbaycanın son onilliklərdə reallaşdırdığı enerji siyasəti tək regionun deyil, eyni zamanda tərəfdaşlarımızın enerji təhlükəsizliyini təmin edir”.