Nazir müavini: Tarif Şurasının yeni qərarı dərman sahəsində çeşid çoxluğuna səbəb olacaq
Bakı, 5 oktyabr, AZƏRTAC
“Tarif Şurasının yeni qərarı dərman sahəsində çeşid çoxluğuna səbəb olacaq. Dərman vasitələrinin beynəlxalq qeydiyyatının tanınması, elektron resept və dərmanların qiymətinin yüksək həddinin təyin olunması təqdirəlayiqdir”.
AZƏRTAC xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov Tarif Şurası tərəfindən dərman vasitələrinin qiymətlərinin yuxarı həddinin təsdiq olunması ilə bağlı deyib. O qeyd edib ki, dərman vasitələrinin ölkəyə idxalı üçün nə qədər münbit şərait yaradılsa da, dərmanlara əlçatanlıq və çeşid çoxluğu vacibdir. Bu il bu sahədə ciddi işlər görülüb.
“Son 20 ildə səhiyyə sahəsində uğurlu nailiyyətlər əldə edilib. Əhalinin sağlamlığı ilə bağlı müsbət dinamika da bunu deməyə imkan yaradır. Əczaçılıq sahəsi həyati vacib sahələrdən biridir. Bu il ərzində bu sahədə baş verən müsbət dəyişikliklər əczaçılıq məsələsində təsirini göstərəcək", - deyə nazir müavini vurğulayıb.