Nazirlər deportasiyaya qarşı: AFR hökumətində parçalanma
Berlin, 29 aprel, AZƏRTAC
AFR XİN-in başçısı Annalena Berbok xristian-demokratların qaçqın və miqrantlara münasibətdə siyasətini tənqidə məruz qoyub və tolerantlıq mədəniyyətini möhkəmləndirməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, o, eyni zamanda, bununla sığınacaq hüququ olmayanları evlərinə göndərməyə çağırıb. “Kimin hüququ yoxdursa, onlar repatriasiya olunmalıdır”, - deyə nazir hesab edir.
İnteqrasiya Nazirliyinin başçısı, “yaşıllar” partiyasından olan Ursula Nonnemaxer də miqrantlara münasibətdə daha çox açıqlığa çağırıb. O xatırladıb ki, əgər hökumət parçalanma kursunu rəhbər tutarsa, o halda onun ölkəsi öz gələcəyini risk altına qoyur. U.Nonnemaxer deyib: “Qaçqınları deportasiya etmək və bununla da onların həyatını təhlükəyə məruz qoymaq əvəzinə biz qalmaq perspektivlərini açmalı və onların Almaniyada yaşamaq hədəflərini nəzərə almalıyıq”.
O xəbərdar edib ki, qaçqınlar haqqında məsələdən 2024-cü ilin seçkiqabağı kampaniyasında istifadə olunacaq. Xatırladaq ki, ötən seçki kampaniyasında “yaşıllar” deportasiyaya qarşı çıxış etmişdilər. “Biz irqçiliyə və qaçqınların əleyhinə olan ictimai rəy təzyiqinə qarşı qətiyyətlə çıxış edəcəyik”, - deyə yekdilliklə qəbul olunan qətnamədə deyilir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]