NAZİRLƏR KABİNETİNDƏ GÖRÜŞ
Əli Həsənov qeyd etmişdir ki, Azərbaycanda BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığı ilə birgə humanitar aksiyalar həyata keçirən bu şirkətin işini yüksək qiymətləndirirlər. Ötən il şirkətin əməkdaşları Bakı, Sabirabad və Abşerondakı qaçqın və məcburi köçkün düşərgələrində müayinə apararaq, ehtiyacı olanlara oftalmologiya vasitələri vermişlər. Bu il ölkənin müxtəlif bölgələrində təxminən 4 min adam müayinə edilmiş və ehtiyacı olanlara eynəklər, habelə 10 qulaq aparatı bağışlanmışdır.
Akio Kanai Azərbaycanın “Fuji Optical Ltd” şirkətinin BMT xətti ilə humanitar yardım göstərdiyi ölkələrdən biri olduğunu xatırladaraq demişdir ki, onlar bu nəcib aksiyanı davam etdirməyə hazırdırlar.
“Fuji Optical Ltd” BMT-nin Ali Komissarlığı ilə 1983-cü ildən əməkdaşlıq edir və bu müddət ərzində müxtəlif ölkələrdə qaçqınların oftalmoloji problemlərinin həllinə kömək göstərmişdir. Şirkət ehtiyacı olanlara təmənnasız 94 mindən artıq eynək bağışlamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:54]
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]