NAZİRLƏR KABİNETİNDƏ GÖRÜŞ
Ə.Həsənov Azərbaycanın başlıca problemindən – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həll olunmamasından danışaraq vurğulamışdır ki, qadınlar müharibənin nəticələrindən daha çox əziyyət çəkirlər. YUNİFEM-in ölkəmizdə geniş fəaliyyət göstərdiyi qeyd olunmuşdur. Belə ki, 2002-ci ildən Azərbaycanda müxtəlif proqramlar gerçəkləşdirilir, 60-dan çox məşğələ, o cümlədən qaçqın qadınlar arasında 15 məşğələ keçirilmiş, onlardan 300 nəfəri müvafiq sertifikatlar almışdır.
Əli Həsənov qonaqlara dövlətin qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırmaq sahəsində gördüyü tədbirlər barədə də məlumat vermişdir.
Qaçqın qadınlarımızla görüşündən söhbət açan xanım Noelin Heyzer ümidvar olduğunu bildirmişdir ki, dövlət onların problemlərinə bundan sonra da diqqətlə yanaşacaq, kiçik müəssislər yaratmaq üçün subsidiyalar almalarına kömək göstərəcəkdir. O demişdir: “Azərbaycan iqtisadiyyatının inkişaf sürətinə görə dünyada liderdir və dövlətin sosial yönümlü məsələlərə diqqətinin artması sevindirici haldır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:54]
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]