Nazirliyin əməkdaşları Vətən müharibəsində yaralanmış əsgərin ailəsi ilə görüşüblər
Bakı, 26 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Füzuli istiqamətində gedən döyüşlərdə yaralanmış Azər Rahmanovun ailəsi ilə görüşüblər.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, Cəlilabadın Göytəpə qəsəbəsində yaşayan ailə 3 nəfərdən (əsgərin özü, anası və qardaşı) ibarətdir. Azərin anası hazırda işləyir, qardaşı 26 yaşlı Rəfael də Bakıdakı şirkətlərin birində çalışır.
Yaralı əsgərin əlillik dərəcəsinin qiymətləndiriləcəyi və əlillik təyinatı aparıldığı halda onun nazirlik tərəfindən aylıq sosial ödənişlərlə və reabilitasiya xidmətləri ilə təmin ediləcəyi, digər sosial dəstək tədbirləri ilə əhatə olunacağı barədə ailəyə məlumat verilib.