Azərbaycan Dövlət İnformasiya Agentliyi

NEFTÇALA RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI TALEH QARAŞOVUN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!

Bu gün neftçalalıların sevincinin həddi-hüdudu yoxdur. Bizim əsil iftixar və güvənc yerimizə çevrilmiş ümummilli liderimiz Heydər Əliyevin abidə kompleksi və muzeyi qarşısında Sizi salamlayır və Sizə hesabat veririk. Təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf ölkənin hər bir bölgəsində olduğu kimi, Neftçala rayonunda da uğurla davam edir. Böyük iftixar və fərəh hissi ilə Sizə məlumat verirəm ki, ölkənin ahəngdar inkişafını uğurla təmin edən, dəqiq hesablanmış regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında Neftçala rayonu üzrə həlli nəzərdə tutulmuş 16 tədbirin hamısı müvəffəqiyyətlə yerinə yetirilmişdir. Bu Sizin ardıcıl surətdə apardığınız siyasətin təntənəsi və rayonumuza göstərdiyiniz qayğının bəhrəsidir.

Magistral yollardan kənarda yerləşən Neftçala rayonu indi yeni inkişaf dövrünə qədəm qoymuş, öz simasını dəyişərək abad bir diyara çevrilmişdir. Son illər rayonda kənd təsərrüfatı, sənaye istehsalı artmış, 44 yeni müəssisə yaradılmış, 769 fiziki şəxs sahibkarlıq fəaliyyətinə başlamış, 6131 yeni iş yeri açılmışdır ki, onlardan da 2816-sı daimi iş yerləridir. Keçmiş sovetlər məkanında yeganə olan, uzun illər fəaliyyətsiz qalmış Neftçala yod-brom zavodu sahibkarlığın inkişafına verdiyiniz hərtərəfli dəstək nəticəsində qısa müddətdə yenidən qurularaq işə salınmış, məhsul istehsalına başlanmışdır. Zavodun fəaliyyəti tam bərpa edildikdən sonra orada yenidən 500 ton yod istehsal ediləcək, 500 nəfər işlə təmin olunacaqdır. Son illər istifadəyə verilmiş pullu nərə balıqartırma zavodunda axırıncı bir ildə 8 milyon 250 min balıq körpəsi yetişdirilərək Xəzər dənizinə buraxılmışdır. Zavodun balıq konservi istehsal edən sahələrinin istifadəyə verilməsi üçün də tədbirlər nəzərdə tutulur.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində rayonun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatında məhsul istehsalı əvvəlki ilə nisbətən 18 faiz artmışdır. Sizin aqrar sahədə ardıcıl həyata keçirdiyiniz tədbirlər növbəti illərdə artımın saxlanılacağına ən etibarlı təminatdır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında 2007-ci il 23 yanvar tarixli Sərəncamınız bu sahədə çalışanlara böyük maliyyə dəstəyi olmuş, aqrar sahənin inkişafına geniş imkanlar açmışdır. 24 min nəfər əhalisi, 18 min hektar əkin sahəsi olan, “Xol zonası” adlanan ərazinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq üçün regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş, uzunluğu 25 kilometr, ümumi dəyəri 31 milyon manat olan Neftçala magistral su kanalının Sizin qayğınız, yaxından köməyiniz nəticəsində tikintisinə ötən ilin axırlarında başlanılmışdır.

Kənd adamlarının böyük sevincinə və razılığına səbəb olan həmin kanalın tikintisində işlər bu gün sürətlə davam etdirilir. Yeni kanal tam işə salındıqdan sonra ərazidə yaşayan əhalinin həyat tərzi və güzəranı daha da yaxşılaşacaq, kənd təsərrüfatı məhsullarının istehsalı sürətlə artacaqdır.

Möhtərəm cənab Prezident, bilavasitə tövsiyəniz və tapşırığınız əsasında rayonda abadlıq və quruculuq işləri geniş vüsət almışdır. Sizin göstərişiniz əsasında ayrılmış vəsait hesabına küçə və yollara 70 min kvadratmetrdən çox asfalt, səkilərə 9 min kvadratmetrdən çox üzlük piltə döşənmiş, yol kənarlarında 3 kilometrdən artıq məsafədə hasarlar çəkilmiş, yaşayış binalarının fasadları təzələnmiş, 5 kilometrlik məsafədə yeni işıqlandırma sistemi quraşdırılmışdır. Qısa müddət ərzində şəhərdə 3 yeni bağ salınmış, sahəsi 3 hektardan çox olan Hüseyn Cavid parkı əsaslı təmir edilərək neftçalalıların istifadəsinə verilmişdir.

Ötən dövrdə şəhərin su təsərrüfatı və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində də xeyli iş görülmüşdür.

Sizin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, çox hörmətli Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində son iki ildə 3 orta məktəb binası, Qarabağ müharibəsi ailələri və şəhid ailələri üçün 24 mənzilli yaşayış binası tikilib istifadəyə verilmiş, rayon mədəniyyət və incəsənət sarayı, şahmat məktəbi əsaslı təmir olunmuşdur. Cari ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 24 mənzilli daha bir yaşayış binasının tikintisinə başlanmışdır. Hazırda rayonumuzun 8 orta məktəbində əsaslı təmir işləri davam etdirilir.

Hörmətli cənab Prezident, məlumat verim ki, qəza vəziyyətində olan məktəblərin əsaslı təmir edilməsi ilə bağlı vəsaitin ayrılması barədə imzaladığınız Sərəncamdan dərhal sonra Neftçala şəhər 2 nömrəli orta məktəbinin təmirinə başlanmış və hazırda işlər sürətlə davam etdirilir. İcazə verin, rayonumuzun təhsil sahəsinə göstərdiyiniz qayğıya görə neftçalalıların minnətdarlığını, rəğbətini və məhəbbətini Sizə çatdırım.

Möhtərəm cənab Prezident, fürsətdən istifadə edərək əhalimizi daha çox narahat edən bir problemi Sizin yüksək diqqətinizə çatdırmaq istərdim. Hələ keçən əsrin 50-ci illərində rayonun ərazindəki quyulardan çıxan səmt qazı tənzimlənmədən, təmizlənmədən və təzyiqi artırılmadan birbaşa borulara vurularaq əhaliyə verilmişdir. Eyni zamanda, 18 kilometr uzunluğu olan yeraltı xəttin 13 kilometrlik hissəsinin borularının nasazlığı ucbatından qazın çox hissəsi uzun illər ərzində itkiyə gedir. “Azəriqaz” Səhmdar Cəmiyyəti tərəfindən bu sahədə müəyyən işlər görülsə də, həmin boru xəttinin dəyişdirilməsinə, eyni zamanda qaz yatağına yaxın yaşayış məntəqələrinin qazlaşdırılmasına böyük ehtiyac duyulur.

Möhtərəm cənab Prezident, Sizin bölgələrə səfərləriniz, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına şəxsən nəzarət etməyiniz, sahibkarlığın inkişafı, işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması, iqtisadi və sosial layihələrin reallaşdırılması sahəsində gördüyünüz tədbirlər Neftçala rayonunun da sürətli inkişafına təkan vermişdir. Hər bir neftçalalı bu inkişafı bu gün öz gündəlik həyatında hiss edir və buna görə də Sizə minnətdardır.

Sizin rayonumuza bugünkü tarixi səfəriniz də qüvvəmizi qat-qat artırır, bizi yeni uğurlara ruhlandırır. Bu iftixar və fəxr dolu anları biz neftçalalılara bəxş etdiyinizə görə Sizə hədsiz minnətdarlığımızı bildirir və Neftçalanın bütün əhalisi adından Sizi, möhtərəm cənab Prezident, bir daha əmin edirəm ki, qarşımıza qoyduğunuz bütün vəzifələrin öhdəsindən layiqincə gələcək, verdiyiniz tapşırıqları çox böyük məsuliyyətlə yerinə yetirəcəyik.

X  X  X

Azərbaycan Prezidenti İlham Əliyev görüşdə nitq söylədi.

X  X  X

Sonra Prezident İlham Əliyev sakinlərlə səmimiyyətlə görüşüb söhbət etdi. Neftçalalılar dövlətimizin başçısına təşəkkürlərini bildirdilər, ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində qazanılan uğurlardan məmnunluqlarını ifadə etdilər. Onlar xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətlərini xatırlayaraq, ulu öndərin müasir Azərbaycanın inkişafı üçün gördüyü işləri yüksək dəyərləndirdilər, onun apardığı siyasətin bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırdılar. Neftçalalılar Prezident İlham Əliyevin bütün fəaliyyətini ürəkdən dəstəklədiklərini bildirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır