Azərbaycan Dövlət İnformasiya Agentliyi

NEFTÇALA RAYONU İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Əziz neftçalalılar!

Əziz dostlar!

Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün Heydər Əliyev muzeyinin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Muzeydə əks olunan eksponatlar ulu öndərin həyat və fəaliyyətini göstərir. Həm 1970-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə, həm də müstəqillik dövründə ulu öndər Heydər Əliyev həmişə öz xalqına sədaqətlə xidmət etmişdir. O illərdə və 1990-cı illərdə Azərbaycanın hərtərəfli inkişafı üçün, iqtisadi və siyasi potensialının qaldırılması üçün əlindən gələni əsirgəmirdi. 1979-cu ildə Heydər Əliyevin Neftçalaya səfəri də bu muzeydə xüsusi yer tutur. Rayonun o vaxtkı inkişafına çox böyük diqqət göstərilirdi. Burada böyük quruculuq-abadlıq işləri aparılırdı, sənaye müəssisələri, kənd təsərrüfatı inkişaf edirdi.

Əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində baş vermiş xoşagəlməz proseslər ölkəmizə, o cümlədən Neftçalaya da böyük ziyan vurmuşdur. O vaxt Azərbaycan faktiki olaraq öz iqtisadi gücünü itirmişdi. Müəssisələr dayanmışdı, kənd təsərrüfatı tənəzzül edirdi, insanların həyat səviyyəsi gündən-günə pisləşirdi. Ölkəmizin, ümumiyyətlə, müstəqil ölkə kimi yaşaması sual altında idi. Biz o illəri çox yaxşı xatırlayırıq.

Müstəqilliyimizin ilk illəri əfsuslar olsun ki, Azərbaycanda çox ağır şəraitdə keçdi. Bunun nəticəsində də ölkəmizin torpaqları işğal olundu, vətəndaş qarşıdurması baş verdi. Bütövlükdə Azərbaycanın iqtisadi və siyasi potensialı çox böyük dərəcədə aşağı düşdü. Amma baxın, bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. Bu gün ulu öndərin zəhməti və fəaliyyəti nəticəsində Azərbaycan çox sürətlə inkişaf edir.

Bu inkişafın təməli 1990-cı illərin ortalarında qoyulmuşdur. 1993-cü ildən başlayaraq 2003-cü ilə qədər 10 il ərzində Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz o ağır, çətin şəraitdən şərəflə çıxa bilmişdir, öz siyasi potensialını gücləndirmişdir. İqtisadiyyatda başlanmış islahatlar insanların həyat səviyyəsinə böyük dərəcədə müsbət təsir göstərmişdir. Bu gün Azərbaycan beynəlxalq miqyasda çox önəmli bir ölkəyə çevrilmişdir.

Bizim təşəbbüslərimiz, irəli sürdüyümüz təkliflər nəinki Azərbaycana yeni imkanlar yaradır, həm də beynəlxalq münasibətlərə öz təsirini göstərir. Biz bölgədə aparıcı dövlətə çevrilmişik. Bu, artıq reallıqdır. Reallıq hamı tərəfindən qəbul olunub. Bizim qərarlarımız, bizim işlərimiz bütün bölgəyə öz təsirini göstərir. Biz də istəyirik ki, Azərbaycan daha da qüdrətli dövlətə çevrilsin. Bizim imkanlarımız daha da artsın, siyasi çəkimiz artsın, beynəlxalq müstəvidə istədiyimizə nail ola bilək, öz doğma torpaqlarımızı işğalçılardan azad edə bilək və Azərbaycan xalqının normal, yaxşı yaşamasını təmin edə bilək. Bunu etmək üçün Azərbaycan güclənməlidir. Bu proses artıq baş verir.

Mən bayaq qeyd etdim ki, dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat məhz Azərbaycandadır.

Üç il ərzində Azərbaycan iqtisadiyyatı dünyada analoqu olmayan sürətlə artıb. Bu, bizə imkan verir ki, bizim büdcəmiz də artsın. Əgər bir neçə ilin statistikasına nəzər salsaq görərik ki, cəmi 3-4 il ərzində bizim büdcəmiz 1 milyard dollardan indi 8 milyard dollara qalxıbdır. Bu o deməkdir ki, xərclər artıb, sosial infrastrukturun inkişafına daha da böyük diqqət göstərilir, böyük infrastruktur layihələri həyata keçirilir. Maaşlar və pensiyalar vaxtaşırı qaldırılır. Məktəblər, xəstəxanalar tikilir. Yəni, bütün bunları etmək üçün iqtisadi güc lazımdır, iqtisadi potensial lazımdır.
Bizi ən çox gücləndirən yenə də ulu öndərin neft strategiyası olmuşdur. Onun təşəbbüsü ilə başlanmış və uğurla icra edilən Azərbaycanın neft strategiyası bizim iqtisadi gücümüzü böyük dərəcədə artırdı, eyni zamanda siyasi gücümüzü də artırdı.
Bu gün Azərbaycan bölgədə gedən proseslərdə çox fəal iştirak edir, öz neft strategiyasını Azərbaycan xalqının milli maraqlarına yönəldir. Bizim milli maraqlarımız hər şeydən üstün olmalıdır. Bu, belə də var.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ölkəmizin hərtərəfli inkişafına şərait yaradır. Neft bizim əsas sərvətimizdir və bu, uzun illər bundan sonra da belə olacaqdır. Əvvəllər, ölkəmiz müstəqil olmayan dövrdə bizim milli sərvətimiz ümumi Sovet İttifaqının inkişafına xidmət edirdi. İndi isə biz bu sərvətin sahibləriyik. Biz bu sərvətdən istifadə edib öz ölkəmizi inkişaf etdiririk, öz xalqımızın rifah halını yaxşıladırırıq. Uzun illər bundan sonra da bu, belə olacaq. Bu, bizim iqtisadiyyatımızın aparıcı sahəsidir. Amma bizim istəyimiz odur ki, iqtisadiyyatın başqa sahələri də inkişaf etsin. Kənd təsərrüfatı inkişaf etsin, Azərbaycanda güclü sənaye potensialı yaradılsın, yeni müəssisələr tikilsin, insanlar işlə təmin olunsunlar. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının əsas vəzifəsi bundan ibarətdir.
Mən çox şadam ki, keçən təxminən 4 il ərzində nəzərdə tutulmuş bütün proqramlar həyatda öz əksini tapır. Azərbaycanda 570 mindən çox yeni iş yeri açılmışdır. Mən xatırlayıram, 2003-cü ilin prezident seçkiləri ərəfəsində bəyan edirdim ki, növbəti 5 ildə Azərbaycanda 600 min yeni iş yeri açılacaqdır. Bu gün biz bunun nəticələrini görürük. Mən xatırlayıram, o vaxt, 2003-cü ildə Neftçala rayonuna da səfər etmişdim. Burada, Xıllı qəsəbəsində balıqartırma zavodunun açılışında iştirak etmişdim, insanlarla görüşmüşdüm. Mənə verilən o dəstək, o cümlədən Neftçalada hiss etdiyim o dəstək mənə əlavə güc verir. Mən də bundan istifadə edirəm ki, doğma xalqıma ləyaqətlə xidmət edim, Azərbaycanın hər bir rayonunun, hər bir qəsəbəsinin, hər bir kəndinin problemi öz həllini tapsın.
İcra hakimiyyətinin başçısı bu gün qeyd etdi ki, Neftçala magistral yollarından kənarda yerləşir. Amma bu o demək deyil ki, buraya diqqət az olmalıdır, əksinə buraya diqqət daha da çox olmalıdır. Burada gedən proseslərə daha da böyük dəstək verilməlidir. Neftçalada gedən abadlıq-quruculuq işləri, rayonun inkişafındakı müsbət dəyişikliklər məni sevindirir.
Bildiyiniz kimi, bu yaxınlarda Neftçalanın inkişafına vəsait ayrılmışdır. O vəsaitdən istifadə olundu, yeni parklar salındı, yeni yollar çəkildi. Bundan sonra da bu vəsaitin ayrılmasında problem olmayacaq. İndi Azərbaycanın iqtisadi gücü bizə imkan verir ki, istədiyimiz məsələni həll edək. Əsas məsələ problemləri düzgün təhlil etmək, onların həlli yollarını müəyyən etmək, bunun maddi təminatını təşkil etməkdir. Yerlərdə yerli icra orqanları, fəal insanlar bunu icra etməlidirlər. Belə olan halda Azərbaycanın, ölkəmizin qarşısında duran problemlər öz həllini tapacaqdır.

Düzdür, işsizliklə bağlı mübarizədə böyük uğurlar əldə etmişik, amma işsizlik tam şəkildə aradan qaldırılmayıb. Yoxsulluq 3 il ərzində 49 faizdən 20 faizə düşübdür. Çox böyük göstəricidir. Amma bizi tam qane edə bilməz. Halbuki, hətta inkişaf etmiş ölkələrdə əhalinin müəyyən hissəsi yoxsulluq şəraitində yaşayır. Amma mən istəyirəm ki, Azərbaycanda yoxsul təbəqə olmasın, mən istəyirəm ki, işsiz olmasın, işləmək istəyən işlə təmin olunsun, maaşlar yüksək olsun, pensiyalar imkan versin ki, insanlar normal yaşasınlar. Mən bunu istəyirəm və biz bu istiqamətdə gedirik. Hələ ki, bugünkü sosial məsələlərin həlli məni tam şəkildə qane edə bilməz. Amma əgər dinamikaya baxsaq, görərik ki, son 3-4 il ərzində böyük bir yol keçmişik. Növbəti illərdə, ildən-ilə minimum əmək haqları qaldırılacaq, pensiyalar qaldırılacaq, büdcədən maliyyələşən bütün təşkilatlarda çalışan insanların əmək haqları qaldırılacaq ki, büdcə təşkilatlarında işləyənlər tam şəkildə təmin olunsunlar.

O ki qaldı özəl sektora, burada da biz lazımi imkanlar yaradırıq. Hər il Azərbaycan büdcəsindən sahibkarlara 100 milyon dollar dəyərində kreditlər verilir. Artıq bir neçə ildir ki, bu kreditlər verilir və bu öz növbəsində yeni iş yerlərinin, müəssisələrin yaradılmasına gətirib çıxarır. Mən mütəmadi qaydada sahibkarlarla görüşürəm, onlara öz siyasi dəstəyimi verirəm. Yerli icra orqanlarına tapşırıq verirəm ki, onlara kömək olsunlar, onları dəstəkləsinlər.

Bu gün verilən məlumata görə, Neftçalada uzun illər fəaliyyətsiz qalmış yod-brom zavodu da fəaliyyətə başlamışdır. Bu, böyük bir müəssisədir, orada yüzlərlə insan çalışır və bundan sonra da çalışacaqdır. Orada istehsal olunan məhsul dünya bazarlarına çıxarılacaq və Neftçala da bundan xeyir götürəcək. Bununla bərabər, mərkəzləşmiş büdcədən ayrılan xərclər ildən-ilə artacaqdır ki, bütün məsələlər öz həllini tapsın.

Ona görə sahibkarlığın inkişafı bundan sonra da sürətlə getməlidir, kənd təsərrüfatının inkişafı üçün lazımi tədbirlər görülür, texnika alınır, aqrotexservislər yaradılır, “Aqrolizinq” fəaliyyət göstərir, fermerlərə maddi yardım göstərilir. Yəni biz çalışırıq ki, bütün sahələrdə qeyri-neft sektorunun inkişafına müxtəlif yollarla böyük təkan verək.

Mən əminəm ki, növbəti illərdə bu ardıcıl siyasətin, iqtisadi islahatların dərinləşməsi nəticəsində biz istədiyimizə nail olacağıq. Mən Azərbaycanın gələcəyini çox parlaq görürəm. Mən istəyirəm ki, Azərbaycan sözün əsl mənasında inkişaf etmiş ölkələrin sırasına daxil olsun. İstəyirəm insanlar yaxşı yaşasınlar, yaxşı maaş alsınlar, uşaqlar yaxşı məktəblərdə oxusunlar, xəstələr yaxşı tibbi xidmətə malik olsunlar, yollar abadlaşsın, şəhərlər gözəlləşsin, insanların üzü gülsün və Azərbaycan irəliyə getsin. Budur mənim arzularım!

Əminəm ki, siz bu arzuları bölüşürsünüz. Biz doğma Azərbaycanımızın inkişafı üçün bundan sonra da birlikdə işləyəcəyik, əlimizdən gələni edəcəyik və Azərbaycanı qüdrətli dövlətə çevirəcəyik. Sağ olun.

(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və dəfələrlə sürəkli alqışlarla qarşılandı).

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır