“NEFTÇİ” AZƏRBAYCANIN MOSKVADAKI SƏFİRLİYİNİN QONAĞI OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfiri Ramiz Rizayev yanvarın 19-da Ermənistanın “Pünik” komandası üzərində 2:0 hesabı ilə inamlı qələbə qazanmış “Neftçi” klubunun kollektivi ilə görüşmüşdür.
Səfir futbolçularımızı parlaq qələbə münasibətilə təbrik etmişdir. O demişdir ki, xüsusi əhəmiyyət daşıyan bu qələbə təkcə “Neftçi”nin deyil, bütün Azərbaycan xalqının, millətimizin qələbəsidir.
“Neftçi”nin prezidenti Rövnəq Abdullayev səfirliyə dəvətə görə R.Rizayevə minnətdarlığını bildirərək qeyd etmişdir ki, yanvarın 19-da keçirilən oyun “Neftçi” üçün imtahan olmuşdur. Taleyin hökmü ilə görüş 1990-cı ilin Qanlı 20 Yanvar faciəsi ilə eyni vaxta düşmüşdür. Bu səbəbdən “Neftçi”nin rəqiblərinə uduzmaq ixtiyarı yox idi. O, futbolçularımızın rəqiblə açıq mübarizədə daha güclü çıxmalarından və çox yüksək oyun nümayiş etdirmələrindən razı qaldığını diqqətə çatdıraraq demişdir: “Neftçi” inkişaf edərək, Azərbaycanın bayrağını daha da yüksəklərə qaldırmağa çalışacaqdır. Bizim hər bir qələbəmiz, bütün xalqımızın qələbəsidir”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]
Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır
- 29.09.2026 [11:23]
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
- 29.09.2026 [11:02]
“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub
- 29.09.2026 [10:21]
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
- 29.09.2026 [03:17]
Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]