“Neftçi” klubu Mamadu Kane ilə yollarını ayırır
Bakı, 26 yanvar, AZƏRTAC
Bakının “Neftçi” klubu icarə əsasında komandanın heyətində forma geyinən Mamadu Kane ilə vidalaşır.
AZƏRTAC kluba istinadla xəbər verir ki, 2018-ci ilin dekabrında - 21 yaşında Qvineyadan “Neftçi”nin heyətinə qatılan Kane burada inkişaf yolu keçərək üç il sonra Yunanıstanın “Olimpiakos” klubuna satılıb. Daha sonra icarə əsasında “Neftçi”də çıxışını davam etdirən 25 yaşlı futbolçu artıq yeni klubuna qoşulacaq.
Qeyd edək ki, M.Kane 61-i çempionat, 4-ü kubok, 15-i avrokubok olmaqla 80 rəsmi matçda (1 qol) “Neftçi”nin formasını geyinib və 2020/2021-ci il mövsümündə Azərbaycan çempionu olub. Kane Qvineya milli komandasının heyətində 13 oyuna çıxıb və 1 qol vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]