“Neftçi” və “Qarabağ” azarkeşlərinə görə yüksək məbləğdə cərimələnib
Bakı, 29 aprel, AZƏRTAC
Misli Premyer Liqasının XXIX turu çərçivəsində keçirilən “Neftçi”-“Qarabağ” (1:5) oyunundan sonra İntizam Komitəsinin qərarları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, ev sahibi komanda azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə 5000 manat cərimə edilib.
Eyni oyunda “Neftçi” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirilməsi də qeydə alınıb. Bu pozuntu cari mövsümdə 8-ci dəfə baş verdiyindən klub 8000 manat ziyana düşüb.
Bundan başqa, “Qarabağ” azarkeşləri pirotexniki vasitələrdən istifadə edib. Bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığı üçün klub 7000 manat ödəyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]