“Neftçi” və “Sumqayıt” klubları cərimələnib, baş məşqçi 3 oyunluq cəzalanıb
Bakı, 16 noyabr, AZƏRTAC
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Premyer Liqanın XIII turunun “Neftçi” - “Sumqayıt” oyununda (1:2) baş verən qayda pozuntularına hüquqi qiymət verilib.
“Neftçi Arena”da keçirilmiş matçda hər iki tərəfdən 4 futbolçu sarı vərəqə aldığına görə klublar hərəyə 700 manat cərimə ediliblər.
Bundan başqa, görüş başa çatdıqdan sonra qonaq komandanın baş məşqçisi Samir Abasov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə gördüyü üçün 1 oyun, həmçinin bu il sentyabrın 19-da tarixində təyin edilmiş 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə aldığına görə həmin tarixdə verilmiş şərti cəza üzərinə əlavə edilməkdə ümumilikdə 3 matç cəzalanıb. “Gənclik şəhəri” təmsilçisini isə 1000 manat ziyana düşüb.
Qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə isə “Neftçi” klubu 800 manat cərimələnib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]