“Neftçi”dən “Araz-Naxçıvan”a keçən futbolçu: Cavid Hüseynovla danışığımız həlledici oldu
Bakı, 11 avqust, AZƏRTAC
“Araz-Naxçıvan”a keçməyimdə baş məşqçi Cavid Hüseynovla telefon danışığımız əsas rol oynadı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Neftçi”dən icarə əsasında “Araz-Naxçıvan”a keçən Ağadadaş Salyanski deyib.
22 yaşlı hücumçu bildirib ki, Cavid Hüseynovun zəngindən əvvəl də klublar arasında danışıqlar olmuşdu: “Lakin son qərarı mən verməli idim. Düşündüm ki, bir il icarə əsasında oynamaq mənim üçün faydalı olar. Bu səbəbdən “Araz-Naxçıvan”la görüşdüm və razılığa gəldim”.
Salyanski digər klublardan rəsmi təklif almadığını qeyd edib: “Ən real təklif “Araz-Naxçıvan”dan gəldi. Baş məşqçi mənə zəng etdi, klubla da danışıqlar oldu. Bir sözlə, ən real variant “Araz-Naxçıvan” idi və mən də bu komandanı seçdim”.
Futbolçu qərar verərkən “Neftçi”nin baş məşqçisi Yuri Vernidubla da söhbət etdiyini deyib: “Mənə uğurlar arzuladı və daha çox oyun praktikasının faydalı olacağını bildirdi. Bunu mən də başa düşürdüm. “Neftçi”də rəqabət bir qədər də çətinləşib. Çünki komanda daim yüksək yerlər uğrunda mübarizə aparır və əsas hədəf çempionluqdur”.
Hücumçu “Araz-Naxçıvan”da daha çox oynayaraq təcrübə qazanmaq və gələcəkdə “Neftçi”nin əsas heyətində yer almaq istədiyini vurğulayıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” Ağadadaş Salyanskini 1 illik icarəyə götürüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [22:56]
Şahmat Olimpiadası: Qadın yığmasından qələbə, kişi komandası heç-heçə edib
- 20.09.2026 [22:14]
Azərbaycanın veteran cüdoçusu dünya çempionu olub
- 20.09.2026 [21:31]
Premyer Liqa: Turun bağlanış matçında qalib müəyyənləşməyib
- 20.09.2026 [19:34]
Azərbaycanın yeniyetmə akrobatları Dünya yarışında 2 medal qazanıblar
- 20.09.2026 [18:34]
Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib
- 20.09.2026 [09:13]
Premyer Liqa: “Şamaxı” “Araz-Naxçıvan”ı, “Kəpəz” “Sumqayıt”ı qəbul edir
- 19.09.2026 [23:25]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [20:11]
Azərbaycan boksçuları Qazaxıstanda 3 medal qazanıblar
- 19.09.2026 [19:46]
“Turan Tovuz” son dəqiqə qolu ilə “Zirə”yə qalib gəlib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]