NEFTÇİLƏR İMƏCİLİK KEÇİRMİŞLƏR
Əli Əmirov adına Neft və Qazçıxarma İdarəsinin kollektivi aprelin 3-də neft mədənlərində və köməkçi sahələrdə iməcilik keçirmişdir.
İdarədən AZƏRTAC-a bildirmişlər ki, yüzlərlə neftçi gün ərzində 5 mədəndə metal qırıntısı toplamış, sahələri tullantılardan təmizləmiş, rekultivasiya işləri aparmış, yaşıllıqlara qulluq etmiş, səliqə -səhman yaratmışlar.