Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qəbələ sakini müəyyənləşdirilərək avtomobillə birgə yaxalanıb
Bakı, 8 yanvar, AZƏRTAC
Avtomobil oğurluğu ilə məşğul olan şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinə müraciət edən Məmmədağalı kənd sakini R.Hüseynov yanvarın 5-də şəhər ərazisindən “Changan” markalı avtomobilinin qaçırıldığını bildirib.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini T.Alıyev polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək avtomobillə birgə saxlanılıb.
Faktla əlaqədar araşdırma aparılır.