Nəsimi rayonunda karantin qaydalarını pozaraq fəaliyyət göstərən moda evi aşkarlanıb
Bakı, 13 yanvar, AZƏRTAC
Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayon ərazisində karantin qaydalarını pozaraq fəaliyyət göstərən moda evi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayonun 28 May küçəsində yerləşən binada fəaliyyət göstərən moda evinin sahibi D.Bağırova və dərzi S.Mərdəliyeva 22-ci polis bölməsinə dəvət olunub. Onların barələrində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilib.