Netanyahu: İsrail Livandan gələn təhdidlərə cavab verəcək
Bakı, 2 noyabr, AZƏRTAC
İsrail Livandakı Hizbullah üzvlərinin yenidən silahlanmağa cəhd etdiyinə inanır.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin həftəlik iclasında deyib. O, İsrailin “özünü müdafiə etmək hüququndan istifadə edəcəyini” və Livandan gələn yeni təhlükələrin qarşısını alacağını vurğulayıb.
“Livana gəlincə, bu günlər də daxil olmaqla, Hizbullah həqiqətən də davamlı hücuma məruz qalır, lakin o, həm də silahlanmağa və özünü yenidən qurmağa çalışır. Biz Livan hökumətindən öz vədlərini yerinə yetirməsini, yəni Hizbullahı tərksilah etməyi gözləyirik, lakin atəşkəs razılaşmasına nəzərdə tutulduğu kimi, özümüzü müdafiə hüququmuzdan istifadə edəcəyik”, - deyə Baş nazir bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]