Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nəyi, necə, nə vaxt etmək lazım olduğunu hamıdan yaxşı bilən Lider

Nəyi, necə, nə vaxt etmək lazım olduğunu hamıdan yaxşı bilən Lider

Bakı, 22 dekabr, AZƏRTAC

Dekabrın 21- də xalqımız, eləcə də dünya ictimaiyyəti daha bir tarixi hadisənin şahidi oldu. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Xocavənd, Xocalı rayonlarına və Şuşaya səfərlərindən sonra Xankəndidə keçirilən “Qarabağ” və MOİK komandaları arasında Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununu izlədilər. Prezident, Ali Baş Komandan İlham Əliyevin stadionda topa ilk toxunuşu mənə qeyri-ixtiyari olaraq dövlət başçımızın tarixi sözlərini xatırlatdı: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”. Prezident və Birinci xanımın birlikdə işğaldan azad edilmiş topaqlarımızı qarış-qarış gəzmələri, sürətlə davam etdirilən yenidənqurma, abadlıq və tikinti-bərpa işləri ilə şəxsən tanış olmaları, Xankəndi şəhər stadionunda Azərbaycanın futbol komandalarının yarışını azərbaycanlı azarkeşlərlə, o cümlədən şəhid övladları ilə birlikdə tam təhlükəsiz izləmələri, eyni zamanda, soydaşlarımızın ata- baba yurdlarına qayıtmaları dünyaya bir daha bəyan etdi ki, Qarabağ Azərbaycandır!

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov bildirib.

O deyib ki, bütün bunlar nə röya, nə də xəyaldır. Prezident İlham Əliyevin düşünülmüş xarici siyasətinin məntiqi nəticəsidir. Necə deyərlər, bu, dövlət başçımızın 20 il ərzində yaratdığı möcüzədir. Ə.Bədəlov söhbət zamanı bir əhvalatı da xatırlatmağı özünə borc bildi: “Həmin hadisədən dörd ildən artıq vaxt keçib. 2019-cu il mayın 10 -da Ermənistanın baş naziri Nikol Paşinyanın Şuşanın işğalının 27-ci ilini qeyd etmək üçün Şuşa şəhərinə gəlməsini xatırlatmağım təsadüfi deyil. Yəqin ki, bu “tədbiri” heç kim unutmayıb. Paşinyan həmin “tədbirə” tək gəlməmişdi. Bu işğalda xüsusi rolu olmuş və əli dinc azərbaycanlıların qanına batmış sabiq prezident Serj Sarkisyan da daxil olmaqla, bir çox erməni rəsmisi Şuşaya gəlmişdi. Paşinyan əvvəlcə işğal şərəfinə şərab içdi, sonra isə Azərbaycan şəhərində Azərbaycan xalq mahnısına oynayan ermənilərə qoşulub Yallı getdi. Bu hadisədən sonra xarici anti-Azərbaycan qüvvələrin yerlərdəki əlaltıları, sapı özümüzdən olan “balatacıqlar” dərhal hakimiyyətə hücuma keçdilər. Guya, Paşinyanın Şuşada Yallı getməsi bunların olmayan vətənpərvərlik hisslərinə toxunubmuş. Sanki 1992-ci il hadisəsini, silahlı yolla hakimiyyətə gəlməyi təkrarlamaq istəyirdilər. Guya, indiki hakimiyyət torpaqlarımızı işğaldan azad edə bilmir, əksinə, Paşinyan Şuşada Yallı gedir. Həmin vaxt Prezident İlham Əliyev böyük səbir, təmkin, siyasi iradə nümayiş etdirdi. Qaragüruhçuların hay-küyünə əhəmiyyət vermədi. Sonra baş verən hadisələr bir daha nümayiş etdirdi ki, nəyi, necə, nə vaxt etmək lazım olduğunu hamıdan yaxşı o, özü bilirmiş”.

Ə.Bədəlov 2020-ci il sentyabrın 27-də Ermənistanın başladığı genişmiqyaslı təxribatlardan, sonradan açıq şəkildə müharibəyə çevirməsindən söhbət açıb. Deyib ki, həm anti-Azərbaycan qüvvələrinin, onlara dəstək verən Ermənistanın havadarlarının, həm də yerlərdəki hakimiyyət hərislərinin arzuları ürəklərində qaldı: “Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuzun ilk gündən düşmənə ağır zərbələr endirməsi, müharibə başlayandan bir gün sonra torpaqlarımızı hissə-hissə işğaldan azad etməsi, ermənilərin, onların himayədarlarının və yerlərdəki xainlərin ümidlərini alt-üst etdi. Hətta Vətən müharibəsi başlayanda bütün siyasi partiyalar həmrəylik nümayiş etdirib Prezidentin ətrafında sıx birləşəndə həmin xainlər bu həmrəyliyə qoşulmadılar. Bu gün də onlar öz xislətlərini ört- basdır edə bilmir, fevralın 7- də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirakdan imtina edir, hətta boykota əl atırlar”.

Siyasi şərhçi növbədənkənar prezident seçkilərini boykot etmək istəyənlərə 20 il əvvəl Azərbaycan xalqının cənab İlham Əliyevə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçdiyini xatırladıb. O vaxt Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışı zamanı Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək, torpaqlarımızı işğaldan azad edəcək və ölkəmizin ərazi bütövlüyünü qoruyacaq. Bu, həm də Ulu Öndər Heydər Əliyevin vəsiyyəti idi. Son 20 il ərzində verdiyi bütün vədlər, qarşıya qoyduğu bütün vəzifələr icra edildi-ata vəsiyyətini yerinə yetirdi. Üç ay bundan əvvəl birgünlük antiterror tədbirləri nəticəsində Xankəndi işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə əbədi fəxr edəcək.

“Gələn il keçiriləcək növbədənkənar prezident seçkilərində də xalq otuz ilə yaxın müddətdə işğal altında olan ərazilərimizi düşməndən azad edən, tarixi Qələbəyə imza atan, keçmiş məcburi köçkün soydaşlarımızın dədə-baba yurdlarına təhlükəsiz qayıtmlarını təmin edən, Qarabağda genişmiqyaslı yenidənqurma, tikinti-bərpa işlərinin həyata keçrilməsinə rəhbərlik edən Prezident İlham Əliyevin ətrafında sıx birləşəcək və yekdilliklə onu yenidən Prezident seçəcək”- deyə Ə.Bədəlov bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb