Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nigar Rüstəmli: İnsanlara motivasiya verdiyim üçün xoşbəxtəm

Bakı, 26 oktyabr, AZƏRTAC

Sağlam Ailə Tibb Mərkəzinin icraçı direktoru Nigar Rüstəmli AZƏRTAC-a müsahibəsində tibbi marketinq, idarəetmənin əsasları, çalışdığı müəssisənin iş prinsipi haqqında danışıb. Müsahibəni təqdim edirik:

- İstərdik ənənəvi sualdan başlayaq. Tibbi marketinq sahəsinə necə gəldiniz və niyə məhz bu sahəni seçdiniz ?

- Tibbi marketinq sahəsinə gəlməyim təsadüfən olub. Təhsilimin tibb sahəsi ilə əlaqəsi yoxdur. Sağlam Ailə Tibb Mərkəzində ilk dəfə Qeydiyyat şöbəsində fəaliyyətə başlamışam. Bu şöbə müəssisənin mətbəxi hesab edilir və bütün proseslər burada gedir. Həmin vaxtlar tibbi marketinqin ənənəvi marketinqdən fərqli bir istiqamət olacağını düşünürdüm. Bəlkə də, gənclər sektorundan gəlməyim ilə əlaqədar idi ki, mənim üçün marketinq insanlarla ünsiyyət, insanlara nəyisə çatdırmaq və maarifləndirmək demək idi. Bir insandan nəyisə tələb etməmişdən öncə onu öyrətməlisən. Bu işdə də, ailədə də, övlad tərbiyəsində də belədir. İnsanlar daha çox tibb ilə bağlı məsələlərdə məlumatsızlıqdan əziyyət çəkirlər. Bəzən müəyyən bir xəstəliklə bağlı hansı həkimə müraciət etməli olduqlarını belə bilmirlər. Hələ Qeydiyyat şöbəsində çalışarkən Sağlam Ailə Tibb Mərkəzinin ideologiyasından yola çıxaraq bu sahənin inkişafı istiqamətində təşəbbüs irəli sürdüm.

- Sağlam Ailə Tibb Mərkəzi bir markaya çevrilərkən hansı mərhələləri keçdi?

- Sağlam Ailə Tibb Mərkəzinin fəlsəfəsi digərlərindən fərqlidir. Belə ki, ailə planlama, ailə sağlamlıq mərkəzləri ailə qurduqdan sonrakı proseslər üçün nəzərdə tutulub. “Sağlam Ailə”nin ideologiyası isə sağlam olduqdan sonra ailə qurmağa istiqamətlənib. Biz bu gün bu ideologiyanı təbliğ etməklə özümüzü yox, cəmiyyəti faydalandırırıq və sağaldırıq. Bu illər ərzində bu istiqamətdə müxtəlif sosial layihələr həyata keçirmişik. Nəticə isə hər zaman gözləntilərimizin üstündə olub.

Marketinq bilavasitə insanların güvəni ilə əlaqədardır. Tibdə isə digər sahələrdən fərqli olaraq güvən, etibar və inam önəmli nüansdır. Biz nəyisə etməmişdən əvvəl araşdırma aparırıq. Tibbi marketinq daha çox duyğu, tövsiyə, güvən üzərində qurulub. Markalara güvən olmadığı üçün daha çox fərdlərə güvən yaranır. “Sağlam Ailə” olaraq biz bu stereotipi qırmağa çalışdıq. Əgər bizim markanı insan olaraq düşünsək, mən “Sağlam Ailə”ni kişi obrazında görürəm. Öz sözünü deyən, eyni zamanda ciddi, konservativ qaydaları olan və hər zaman verdiyi sözün arxasında duran bir kişi xarakterində.

- Digər sahələrin marketinqindən fərqli olaraq tibbi marketinqin hansı xüsusiyyətləri və incəlikləri var?

- Hansısa bir məhsulu alanda ondan razı qalmırıqsa onu qaytara bilirik. Ancaq bunu insan həyatı və sağlamlığına aid edə bilmərik. Psixoloji olaraq hansısa bir yeri ağrıyan insana nəyisə təbliğ etmək daha çətindir. Bu halda empati qurmaq və hər kəsi öz doğmanızın yerinə qoyub xidmət göstərmək lazımdır. Bu zaman göstərilən xidmətdən məmnun qalan şəxs bu məmnuniyyətdən ətrafındakıları da məlumatlandıracaq. Təbii ki, hər şey məmnuniyyətlə yekunlaşmır. Keyfiyyətli xidmətin arxasında görünməyən güc dayanır. Bu da “Sağlam Ailə”nin tibbi heyəti və laborator keyfiyyətidir ki, bunu da standartlar tənzimləyir. Bizim işimiz xidmətə fokuslandığı üçün hər kəsə eyni dərəcədə yanaşılır və eyni xidmət göstərilir.

- Öz sahəsində ön sıralarda olan “Sağlam Ailə”nin iş mexanizmi nəyə əsaslanır?

- İki şəxs ona verilən tapşırığı yerinə yetirərkən eyni nəticəyə müxtəlif formada çata bilər. Nəticədə isə xaos yaranar. Tibdə isə bu yolverilməzdir. Tibbin müəyyən standartları var: dövlətin qoyduğu standartlar və şirkətin özünü təkmilləşdirmək üçün aldığı ekstra standartlar. Müəssisə olaraq biz “sıfır xəta” prinsipi ilə, insana əsaslanan deyil, sistemə əsaslanan iş prosesi qurmuşuq. Və həmin sistem saat mexanizmi ilə fərdlərdən asılı olmayaraq işləyir. Bu sistemdə insanların yerini dəyişsən belə, sistem pozulmur. Hər kəs mövcud qaydalara, prosedurlara və təlimatlara tabedir.

Ümumiyyətlə qeyd etmək istəyirəm ki, biz ilkləri sevirik. Sağlam Ailə Tibb Mərkəzi Azərbaycanda TÜRKAK akkreditasiyalı ilk tibbi laboratoriyadır, ilk Keyfiyyətə Nəzarət Sertifikatını, ilk Müştəri Məmnuniyyəti və Şikayətlərinin idarə edilməsi standartını biz qazanmışıq. Daha sonra ölkəmizdə bu bir trend halına gəldi.

- Uzun illərdir Sağlam Ailə Tibb Mərkəzinin icraçı direktoru vəzifəsində çalışırsınız. İdarəetmənin əsasları mövzusuna toxunaraq soruşmaq istərdik ki, bu işi uğurla icra etmək üçün mütəxəssis hansı xüsusiyyətlərə malik olmalıdır və nəyi bilməlidir?

- Sağlam Ailə Tibb Mərkəzində icraçı direktor vəzifəsində artıq 4 ildir fəaliyyət göstərirəm. Bu illər ərzində müəssisə daxilində bir neçə vəzifədə çalışmışam. Hesab edirəm ki, bu bir uğur hekayəsidir. Bəzən gənclər düşünür ki, bir müəssisədə inkişaf etmək üçün kənar qüvvələrin təsirinə ehtiyac var. Mən burada Qeydiyyat şöbəsində fəaliyyətə başlamışam. Daha sonra öz təşəbbüskarlığım və mənə yaradılan şəraitdən doğru istifadə edərək addımlamışam. Bu müddət ərzində mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsini yaratdım. Bir çox vəzifələrdə çalışdığım üçün icraçı direktor olaraq bu iş mənə çətin deyil. Uzun müddət eyni müəssisədə çalışmanın avantajı ondan ibarətdir ki, artıq şirkətin nəbzini tutursan və ruhunu bilirsən. Bunu bildiyin üçün də qərar vermək rahat olur.

Gənclərə tövsiyəm odur ki, çalışdıqları şirkətdə uğurlu olmaq istəyirlərsə, onu əlifbasından bilsinlər. İdarəetmədə qızıl ortanı tapmaq vacibdir. Əgər bu gün bu müəssisədə istər iş təcrübəsinə, istər yaş təcrübəsinə görə məndən böyük olanlar mənimlə razılaşırlarsa, bu yaratdığım güvənin təcəssümüdür.

- Bəzən insan istər şəxsi həyatında, istərsə də karyerasında nə istədiyini anlamaqda çətinlik çəkir. Yəqin ki, zəngin təcrübənizdə bu hallarla qarşılaşmısınız. Bununla əlaqədar insanlara hansı tövsiyələriniz var?

- Mən öncə hər şeyə görə, hətta ən xırda uğuruma görə özümə təşəkkür edirəm. Çünki mən bunu özümə etmədiyim təqdirdə özümü fərd olaraq qəbul etməmiş oluram. Bəzən insanlar tək olmaqdan qorxurlar. Əlaqələrimin geniş olmağına baxmayaraq bir çox qərarları verərkən özümlə olmağı üstün tuturam. Bu halda daha doğru qərar verəcəyimi düşünürəm. İnsan özünə sual verməlidir: “Mən özümü harada xoşbəxt və faydalı hesab edirəm? “Mən çox pul qazanmaq istəyirəm yoxsa mən faydalı olmaq istəyirəm?” Yoxsa sadəcə özümü düşünürəm. Təbii ki, hər biri ayrı-ayrılıqda önəmlidir. Məndə maddiyyatdan öncə öyrənmək istəyi var idi. Hətta özümə aid olmayan işləri də öyrənmək və faydalı olmaq istəyirdim. İlk təhsilim ibtidai təhsilin metodikası olsa da, mən özümü insanlarla ünsiyyətdə olan zaman daha xoşbəxt hiss edirdim. Bir aforizmdə deyilir ki: “Peşəni və həyat yoldaşını seçərkən diqqətli olmalısan. Çünki ömrünün sonuna qədər səninlə birlikdədirlər”. İnsan elə bir varlıqdır ki, özü xoşbəxt olarsa, ətrafını da xoşbəxt edər.

- Siz nüfuzlu forum və konfransların spikeri olaraq geniş auditoriya qarşısında çıxış edirsiniz. Çalışdığınız sahədə topladığınız zəngin təcrübənizi bölüşməyiniz forum iştirakçıları üçün çox faydalı olur. Onları daha çox maraqlandıran mövzular hansılardır?

- Auditoriya qarşısında çıxış etmək sevdiyim işlərdən biridir. Bu zaman qarşımdakı insanlarla enerji mübadiləsinə önəm verirəm. Bir neçə il öncəyə qədər gənclərin tibbi maariflənməsi mövzusu auditoriyanın daha çox maraq dairəsində idi. Amma son illərdə yəqin ki, bu mənim iş həyatımda olan dəyişikliklərlə əlaqədardır ki, məhz idarəetmə ilə bağlı layihələrdə spiker oluram. Son bir neçə tədbirimiz gənc qadınların motivasiyası mövzusunda olub. Xanımların cəmiyyətə inteqrasiyası, cəmiyyətdə nüfuz və söz sahibi olması aktual mövzudur. Burada tələbat faktoru önəmli rol oynayır. Tədbir sonrası xüsusilə gənc xanımlardan çoxsaylı geri dönüşlər alıram.

- Siz eyni zamanda sosial media hesablarınızda sağlam həyat tərzi mövzularına toxunub maarifləndirici məlumatlar paylaşırsınız. Bu gün bu mövzu çox aktualdır, çünki hər kəs sağlam həyat tərzi yaşamaq istəyir. Sizcə sağlam həyat tərzi üçün ilk addım nə olmalıdır? Hansı qaydalara riayət etmək lazımdır?

- Mən hər şeyi sıfırdan başlamağı sevirəm. Özümün sevmədiyim, özümə tətbiq etmədiyim, qəbul etmədiyim heç nəyi heç kəsə tövsiyə etmirəm. Mənə hər hansı bir layihə təklif edildikdə belə birinci onu qəbul edib, inanıram, inandıqdan sonra isə inandırmağa başlayıram. Bu mənim yanaşma tərzimdir. Sağlam həyat tərzinə gəldikdə isə mən uşaqlıqdan artıq çəkili və bu halımla xoşbəxt olan biri olmuşam. Lakin günlərin bir günü sevdiyim bir geyimin məni narahat etdiyini hiss etdim. Həmin an başa düşdüm ki, iradəmə sahib çıxmalıyam. Beləliklə, idman etməyə başladım, idmanı sevdim və həyat tərzimə çevirdim. Sevərkən də ətrafımdakılara sevdirdim. Ətrafımdakı bir çox insan mənim paylaşımlarımdan ilhamlanıb sağlam həyat tərzinə keçdi. İnsanlara motivasiya verdiyim üçün xoşbəxtəm.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar