Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Nizamini oxuyaq” kitab-albomun və “Nizami Gəncəvi. Biblioqrafiya” kitabının təqdimatı olub

Bakı, 22 noyabr, Turan Teymurov, AZƏRTAC

Noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) ingilis dilində çapdan çıxardığı “Nizamini oxuyaq” (Reading Nizami Ganjavi) kitab-albomun və Milli Kitabxananın nəşr etdirdiyi “Nizami Gəncəvi. Biblioqrafiya” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan təqdimat mərasimi Mədəniyyət Nazirliyi, TÜRKSOY və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşıb.

Əvvəlcə tədbir iştirakçıları Muğam Mərkəzinin foyesində Milli Kitabxananın “Nizami Gəncəvi əlyazmaları dünya kitabxanalarında” mövzusunda təşkil etdiyi sərgi və “Nizamini oxuyaq”, “Nizami Gəncəvi. Biblioqrafiya” kitabları ilə tanış olublar.

Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov Azərbaycan Prezidentinin 2021-ci ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan etməsinin əhəmiyyətindən danışıb. Bu cür qərarların Azərbaycan elminin, mədəniyyətinin, incəsənətinin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısının bariz nümunəsi olduğunu qeyd edən nazir deyib: “Nizami Gəncəvi bir fenomen olaraq təkcə Azərbaycan üçün yox, bütün türk dünyası üçün bir işıq mənbəyi, bir örnəkdir. Şairin yaşadığı dövrdən əsrlər sonra türk dünyasının, eləcə də Yaxın Şərq coğrafiyasının mütəfəkkirləri onun əsərlərindən ilhamlanaraq gözəl yaradıcılıq nümunələri ortaya qoyublar. Nizaminin fəlsəfəsi, humanizm ideyaları, ədalətli cəmiyyət barədə fikirləri XVIII əsrin Avropa filosofları tərəfindən də təbliğ olunub. Bu da Nizaminin böyüklüyünün, necə hərtərəfli bir şəxsiyyət olduğunun göstəricisidir. Onun əsərlərinin əlyazmaları bu gün dünyanın aparıcı kitabxanalarında və muzeylərində saxlanılır”.

“Nizami Gəncəvi İli” çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən keçirilən tədbirlərdən söz açan nazir əlamətdar ilin yekunu olaraq Nizami Gəncəvi Beynəlxalq Festivalının təşkil edildiyini bildirib: “Noyabrın 15-dən ölkəmizdə on gün ərzində böyük bir Nizami bayramı, coşqusu yaşanır. Festival çərçivəsində Bakı və Gəncə şəhərlərində bir sıra tədbirlər - elmi konfranslar, teatr tamaşaları, konsertlər, kitab və rəsm sərgiləri keçirilir. Sevindirici haldır ki, Nizami irsinin təbliğində TÜRKSOY təşkilatı da bizimlə birgə fəal iş görür. Düsen Kaseinovun rəhbərliyi ilə təşkilat Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileyinin qeyd edilməsi və təbliğində yaxından iştirak edir”.

Milli Kitabxananın “Nizami Gəncəvi İli” çərçivəsində reallaşdırdığı layihələrdən də söz açan nazir bu günlərdə Prezident İlham Əliyev tərəfindən kitabxananın direktoru, professor Kərim Tahirovun 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzaladığını bildirib. Anar Kərimov həm dövlət təltifi, həm də 70 illik yubileyi ilə münasibətilə Kərim Tahirova təbriklərini çatdırıb.

Nazir daha sonra kitab-albomun və biblioqrafiyanın nəşrində zəhməti keçənlərə öz təşəkkürünü bildirib.

Nizami Gəncəvinin yaradıcılığını bütün dünya üçün tükənməz ədəbi xəzinə kimi dəyərləndirən TÜRKSOY-un Baş katibi Düsen Kaseinov əlamətdar il çərçivəsində Türkiyədə bir çox tədbirlərin, elmi konfransların, musiqili proqramların təşkil edildiyini söyləyib. O, “Nizami Gəncəvi İli” çərçivəsində ilk beynəlxalq tədbirin Ankarada TÜRKSOY Baş Katibliyində təşkil edilməsindən qürur duyduqlarını dilə gətirib. Baş katib Türkiyənin Ədirnə, Təkirdağ, Bursa və Antalya şəhərlərində türk dünyası sənətçilərinin birgə iştirakı ilə Nizami Gəncəvinin sözlərinə yazılmış əsərlərdən ibarət konsert proqramlarının uğurla keçirildiyini də diqqətə çatdırıb. Bildirib ki, “Nizamini oxuyaq” kitab-albomunda türk dünyası rəssamlarının Nizaminin əsərlərinə çəkdikləri miniatürlər də yer alır.

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli təqdimatı keçirilən nəşrlərin “Nizami Gəncəvi İli”nə gözəl bir töhfə olduğunu deyib. Qeyd edib ki, Azərbaycanda və dünyada kifayət qədər tanınan, böyük şöhrət qazanan Nizami Gəncəvinin zəngin bədii irsini də müasir dövrdə azərbaycançılıq və müstəqil dövlətçilik işığında yenidən tədqiq və təbliğ etməklə bu görkəmli sənətkarı daha dərindən kəşf etməyə və bütün parlaqlığı ilə tanıtmağa ehtiyac var: “Nizami Gəncəvinin nəsil şəcərəsi”, “Nizami Gəncəvi yaradıcılığında azərbaycançılıq”, “Nizami Gəncəvinin dövlətçilik ideyaları və müasir dövr”, yaxud “Nizami Gəncəvi və Azərbaycan renessansı” və s. kimi problemlər məhz indi, müstəqilliyimizin inkişaf etdiyi dönəmdə daha çox aktuallıq kəsb edir. Prezident İlham Əliyevin “Nizami Gəncəvi İli” ilə əlaqədar imzaladığı Sərəncam vaxtilə ümummilli lider Heydər Əliyevin 1979-cu ildə böyük Azərbaycan şairi Nizami Gəncəvinin zəngin irsinin tədqiqi, tərcümə və nəşr edilməsi haqqında qəbul etdiyi qərar əsasında həyata keçirilmiş tədbirlərə yenidən qayıtmaq, başlanmış mühüm işləri daha geniş miqyasda və əhatəli şəkildə, yaradıcılıqla davam etdirmək üçün də geniş meydan açır”.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli yeni epoxada Nizami kimi klassiklərin yaradıcılığına yeni prizmadan baxışın əhəmiyyətini vurğulayıb. Bildirib ki, şairin yaradıcılığı öz dövründə olduğu kimi, üzərindən səkkiz əsrdən çox müddət keçsə də, şüurlara təsir göstərir, milli-mənəvi dəyərlərimizə söykəndiyi üçün Azərbaycan xalqının milli özünüdərki və özünəinamının inkişafı baxımından əhəmiyyətli rol oynayıb və bu şərəfli missiyanı hazırda da uğurla davam etdirir.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Prezident İlham Əliyevin onun əməyinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib. Nizami Gəncəvinin dünya ədəbiyyatındakı nüfuzu, əsərlərindəki ədalət, humanizm, əxlaqi dəyərlər barədə danışaraq təqdimatı keçirilən yeni nəşrlər haqqında fikirlərini bölüşüb. Vurğulayıb ki, təqdimatı keçirilən “Nizami Gəncəvi. Biblioqrafiya” kitabı kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi 78-ci buraxılışdır.

Çıxışlardan sonra Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova “Nizami Gəncəvi əlyazmaları dünya kitabxanalarında” adlı elektron məlumat bazasını təqdim edib. Vurğulanıb ki, bu əlyazmalar sırasında ən unikal nümunələr İngiltərə kitabxanalarından əldə ediləndir. 316 vərəq və 17 miniatürdən ibarət əlyazmanın nümunəsi Milli Kitabxana üçün çap olunub. Bu əlyazma I Şah Təhmasibin sifarişi ilə hazırlanıb. Əlyazmalar sırasında Türkiyə, İran, Berlin kitabxanalarının nümunələri də yer alır.

Tədbirdə, həmçinin TÜRKSOY-un “Nizami Gəncəvi İli” münasibətilə təsis etdiyi “Nizami” medalının da təqdimatı olub. Baş katib D.Kaseinov “Nizami Gəncəvi İli”nə səmərəli fəaliyyət və töhfələrinə görə mədəniyyət naziri Anar Kərimov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimliyə medalları təqdim edib.

Təqdimat Nizami Gəncəvinin sözlərinə yazılmış romanslardan ibarət konsert proqramı ilə davam edib. Proqramda Əməkdar artist İlham Nəzərov və Prezident təqaüdçüsü, 44 günlük Vətən müharibəsinin iştirakçısı Atəş Qaranın ifaları təqdim olunub. Konsertə ilk dəfə olaraq respublika və beynəlxalq müsabiqələr laureatı, Vətən müharibəsi qazisi Vüqar Məmmədzadənin Nizaminin “Ay üzlü nigarım” qəzəlinə bəstələdiyi romans da səsləndirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-nin Vitse-prezidenti: Razılaşmalar pozularsa, İrana qarşı zərbələr bərpa edilə bilər

Dünya çempionatı: İran və Yeni Zelandiya milliləri heç-heçə ediblər

Vens: AEBA və ABŞ İrana zənginləşdirilmiş uran ehtiyatlarını məhv etməyə kömək edəcək

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

15 İyun - Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

Şaxlo Abicanova: Orta Dəhliz beynəlxalq logistikanın əsas istiqamətlərindən birinə çevrilib

Dünya çempionatı: Səudiyyə Ərəbistanı və Uruqvay oyununda qalib müəyyənləşməyib

Vens: ABŞ-İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

Ekspert: Heydər Əliyevin 90-cı illərdə qəbul etdiyi qərarlar Azərbaycanın müasir müstəqil xarici siyasətinin təməlini qoyub

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 82 nəfər yaralanıb

CNN: ABŞ-də bombardmançı təyyarənin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Moskvada Cənubi Qafqazda sülh prosesinə dəstəyi bir daha təsdiq edəcək

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

Milli Qurtuluş Günü və Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası

Milli Qurtuluş Gününə həsr olunmuş tədbir: “Azərbaycanın taleyini dəyişən zəfər tarixi”

Kəbə örtüyü xüsusi mərasimlə dəyişdirilib

Dünya çempionatı: Belçika Misirlə heç-heçə edib

Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti

Liviya sahillərində azı 15 miqrantın meyiti aşkarlanıb

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirilib

Qaxda savate idman növü üzrə turnir təşkil edilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçıları Tbilisidə konsert proqramı ilə çıxış ediblər

“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək

Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan

Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub

Göyçayda güclü külək fəsadlara yol açıb

Kanadada “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı qısametrajlı sənədli film hazırlanıb

Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üçaylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH