Nobuyuki Sakakibara: Azərbaycanda daha maraqlı yarış təqdim edəcəyik
Bakı, 14 sentyabr, AZƏRTAC
Fürsətdən istifadə edib bu yarışın təşkili üçün yaradılan şəraitə görə Azərbaycana, Gənclər və İdman Nazirliyinə minnətdarlığımı bildirirəm. Son 8 ildə ölkənizdə əlliyə yaxın turnir keçirmişik. Bu, xaricdəki ilk yarışımızdır. Buradakı turnir digərlərindən fərqi olmayacaq. Hətta deyərdim ki, burada daha maraqlı yarış təqdim edəcəyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Rizin” Döyüş Federasiyasının təsisçisi Nobuyuki Sakakibara noyabrın 4-də Bakıda keçiriləcək “Landmark 7” turniri ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.
Üçüncü dəfədir Bakıya gəldiyini xatırladan N.Sakakibara Azərbaycanda çox güclü döyüşçülər olduğunu bildirib: “Ölkənizdə bu idman növünün olduqca inkişaf etməsinin fərqindəyəm”.
Qeyd edək ki, Milli Gimnastika Arenasındakı yarışda Azərbaycan döyüşçülərindən Tofiq Musayev, Vüqar Kərəmov, Mehman Məmmədov, Tural Rəhimov və Nəriman Abbasov iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:04]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]