NORVEÇ ATDA TAPILMIŞ DOPİNQƏ GÖRƏ OLİMPİYA BÜRÜNCUNDƏN MƏHRUM OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, konkur üzrə Norveç yığması bu il Pekində keçirilmiş Olimpiadada komanda hesabında qazandığı bürünc medaldan məhrum olmuşdur. Belə bir qərar Lozannada Beynəlxalq Atçılıq İdmanı Federasiyası (FEİ) tərəfindən qəbul olunmuşdur.
Minici Toni Andre Xansenin Kamiro ləqəbli atının qanında hələ avqust ayında qadağan olunmuş kapsaitsin maddəsi aşkar edilmişdir. Elə o vaxt Xansen yarışlardan kənarlaşdırılmış və bütün fərdi ballardan məhrum edilmişdir.
İndi FEİ qəti hökm çıxarmışdır: Xansenin 135 gün ərzində yarışlarda iştirak etmək hüququ yoxdur, habelə cərimə qismində 3 min İsveçrə frankı və məhkəmə xərcləri üçün 8 min frank ödəməlidir.
FEİ, həmçinin onun təkcə fərdi birincilikdə deyil, komanda hesabında da topladığı balları ləğv etmək haqqında qərar qəbul etmişdir. Üçüncü yeri tutan Norveç yığması da məhz bu səbəbdən medallardan məhrum olmuşdur. İdman üzrə Arbitraj məhkəməsinin qərarından şikayət vermək üçün Xansenin 30 gün vaxtı vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]
Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb
- 13.10.2026 [12:50]