Nottingham şəhərində üç nəfərin qətlində şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 13 iyun, AZƏRTAC
Nottingham şəhərində üç nəfəri qətlə yetirməkdə şübhəli bilinən 31 yaşlı şəxs saxlanılıb.
AZƏRTAC Sky News telekanalına istinadla xəbər verir ki, polislər yerli vaxtla səhər saat dörd radələrində şəhərin mərkəzindəki küçədə iki nəfərin cəsədini aşkarlayıb. Sonradan polis idarəsinə furqonlu avtomobilin üç nəfəri vuraraq yaralaması barədə məlumat daxil olub. Hadisə yerinə gələn qanun keşikçiləri yaxınlıqda daha bir cəsəd tapıblar.
Hüquq-mühafizə orqanları hər üç hadisənin bir-biri ilə bağlı olduğu qənaətinə gəlib.
Operativ xidmətlərin keçirdiyi əməliyyat zamanı şəhərin mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Sakinlərə mühafizə altına alınan rayondan uzaq durmaq tövsiyə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:11]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [21:55]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]