“Novavax” kompaniyası hazırladığı vaksinin 90 faiz effektiv olduğunu bildirib
Bakı, 14 iyun, AZƏRTAC
ABŞ-ın “Novavax” kompaniyası tərəfindən hazırlanan COVID-19 əleyhinə vaksin Amerika və Meksikada aparılan miqyaslı sınaqların gedişində həm bu virusa, həm də onun müxtəlif ştammlarına qarşı 90 faiz effektivlik göstərib.
AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, vaksin əsasən koronavirusun ABŞ ərazisində dominantlıq edən “Britaniya” ştammına qarşı təsirli olub.
Eyni zamanda vaksinasiyadan sonra iynənin vurulduğu yerdə ağrılar və zəiflik kimi yan təsirlər müşahidə edilib. “Novavax” kompaniyasının icraçı direktoru Stenli Erik peyvənddən sonra trombun əmələ gəlməsi barədə məlumatın olmadığını bildirib.
Kompaniya sentyabrın sonunadək ABŞ və Avropada preparatın istifadəsinə icazə almaq niyyətindədir. “Novavax” o vaxta qədər ayda 100 milyon vaksin dozası istehsal etməyi, dekabr ayınadək isə bu göstəricini 150 milyona çatdırmağı planlaşdırır. Kompaniya, eyni zamanda, 2022-ci ildə ABŞ-a 110 milyon, inkişaf etməkdə olan ölkələrə isə 1,1 milyard vaksin dozası çatdırmağı vəd edib.
Agentliyin məlumatına əsasən, “Novavax” peyvəndinin saxlanması və daşınması çox asandır: o, adi soyuducuda saxlanıla bilər. Preparatın inkişaf etməkdə olan ölkələrdə əhalinin immunlaşdırılmasında ciddi rol oynayacağı gözlənilir.
Qeyd edək ki, Vaksinasiya və İmmunlaşdırma üzrə Qlobal Alyans (GAVI) 350 min “Novavax” vaksininin alınması və cari ilin üçüncü rübündə çatdırılmaların başlanması üçün müqavilə imzalayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [07:40]
İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib
- 16.10.2026 [06:52]
Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar
- 16.10.2026 [05:15]
“El-Ninyo” əvvəlcədən proqnozlaşdırılabilən fəlakətlərə səbəb olacaq
- 16.10.2026 [04:32]
ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb
- 16.10.2026 [02:22]
ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [23:16]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:43]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [22:24]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [21:39]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [21:35]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:48]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:35]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [20:28]
® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim
- 15.10.2026 [20:11]
Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [20:00]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [19:59]
Şərurda müşavirə keçirilib
- 15.10.2026 [19:52]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:19]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:18]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [19:00]
YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH
- 15.10.2026 [18:51]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [18:49]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:43]
Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir
- 15.10.2026 [18:42]
Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:28]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
- 15.10.2026 [18:19]