Noyabrın 2-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam tutulacağı, gecəyə doğru isə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.
Temperatur gecə 8-10°, gündüz 12-16° isti olacaqdır.
Bakıda gecə 8-10°, gündüz 13-15° isti olacaqdır.
Atmosfer təzyiqi 764 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 60-70 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 1-6° isti, bəzi yerlərdə 2° şaxta, gündüz 12-17° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 4-8°, gündüz 11-160 isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, axşam isə az yağıntılı olacaqdır.
Temperatur gecə 1-6°, gündüz 9-140 isti, dağlarda gecə 0-4° şaxta, gündüz 3-8° isti olacaq.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 9-14° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 5-10°, gündüz 12-17° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər dağlarda duman olacaqdır. Axşam bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı vardır.
Temperatur gecə 5-8°, gündüz 11-16° isti, dağlarda gecə 4° şaxtadan 1°-dək isti, gündüz 7-11° isti olacaqdır.