CƏMİYYƏT
Noyabrın 3-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və axşam bəzi yerlərdə az yağışlı olacağı gözlənilir.
Havanın temperaturu gecə 6-11°, gündüz 12-17° isti olacaqdır.
Bakıda gecə 8-10° isti, gündüz 15-17° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 765 millimetr civə sütunu təşkil edəcəkdir.
Nisbi rütubət 70-80 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Havanın temperaturu gecə 1-4° isti, bəzi yerlərdə 2° şaxta, gündüz 14-19° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Havanın temperaturu gecə 4-8°, gündüz 13-18 dərəcə isti olacaqdır.
Balakən-Zaqatala-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi şərq rayonlarında az yağıntı ehtimalı olunur.
Səhər bəzi yerlərdə duman olacaqdır.
Havanın temperaturu gecə 2-7°, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 30-dək isti, gündüz 4-9° isti olacaqdır.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 4-9° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi şərq rayonlarında az yağıntı ehtimal olunur.
Səhər arabir duman olacaqdır.
Havanın temperaturu gecə 5-10°, gündüz 13-18° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə az yağıntı olacağı ehtimalı var.
Səhər arabir duman olacaqdır.
Havanın temperaturu gecə 4-9°, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-11° isti olacaqdır.