“Nvidia” Çin üçün daha ucuz qiymətə AI çipləri buraxacaq
Bakı, 26 may, AZƏRTAC
Amerikanın “Nvidia” texnoloji şirkəti Çində bu yaxınlarda məhdud olan H20 modelindən xeyli ucuz olacaq yeni süni intellekt (AI) çip dəstini təqdim etməyi planlaşdırır.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, şirkət yeni çip dəstinin kütləvi istehsalına hələ iyun ayında başlamaq niyyətindədir. Bu barədə agentliyə vəziyyətlə tanış olan mənbələr bildiriblər.
Qrafik emal bölməsi (GPU) “Nvidia”nın “Blackwell” əsaslı süni intellekt prosessorlarının son nəslinin bir hissəsi olacaq.
Bu yeni çip dəsti üçün gözlənilən qiymət diapazonu 6500-8000 dollar arasındadır ki, bu da H20 modelinin 10-12 min dollar qiymət aralığından xeyli aşağıdır. Yeni çip dəstinin qiymətinin azalması onun daha az güclü spesifikasiyası və daha sadə istehsal tələbləri ilə bağlıdır.
Məlumata görə, yeni çip dəsti “Nvidia RTX Pro 6000D” server sinifli GPU əsasında qurulacaq və daha təkmil yüksəksürətli yaddaş əvəzinə adi GDDR7 yaddaşından istifadə edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]
İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb
- 08.06.2026 [15:05]