NYT: ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Ukraynaya gizli səfər edib
Bakı, 25 fevral, AZƏRTAC
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns fevralın 22-də Ukraynaya gizli səfər edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.
Məlumata görə, bu, MKİ-nin direktorunun 2022-ci ilin fevralında münaqişənin başlanmasından bəri 10-cu səfəridir.
Qəzetin yazdığı kimi, səfərdə məqsəd ABŞ Konqresinin Nümayəndələr Palatasının Kiyevə əlavə maliyyə ayrılmasını bəyənməməsi fonunda Ukrayna rəhbərliyini arxayınlaşdırmaq olub.
Qeyd edək ki, ABŞ Konqresi 2023-cü ilin oktyabrından Ukraynaya yeni yardım paketini təsdiq edə bilmir. Bu səbəbdən dekabrın sonundan ABŞ Kiyevə silah və sursat, o cümlədən artilleriya mərmiləri verməyi dayandırıb. Avropa ölkələrindən gələn tədarüklər Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını ödəyə bilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]