Oğuzda indiyədək 14,5 min hektardan çox sahədə payızlıq səpin aparılıb
Oğuz, 18 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Oğuz rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün 17 min hektar sahədə payızlıq dənli bitkilərin səpini proqnozlaşdırılır. Əkin sahələrinin 12,5 hektarına buğda, 4,5 min hektarına isə arpa səpiləcək. Hazırda təsərrüfatlarda payızlıq dənli bitkilərin səpini davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 10 min 600 hektarı buğda, 3 min 950 hektarı dən üçün arpa olmaqla, 14 min 550 hektar sahəyə toxum səpiblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.
Bildirilib ki, səpin aparılacaq sahələrin şumlanması artıq başa çatdırılıb. Səpin üçün 4,1 min ton arpa və buğda toxumu tələb olunur. Rayonda fəaliyyət göstərən 4 toxumçuluq təsərrüfatı tərəfindən lazımi qədər yüksək reproduksiyalı toxum fondu ayrılıb. Bundan əlavə, fermerlər səpin üçün lazım olan toxumu digər toxumçuluq təsərrüfatlarından da əldə edirlər.
Xatırladaq ki, builki mövsümdə rayonda 16 min 453 hektar sahənin məhsulu biçilib, 53 min 576 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 32,6 sentner təşkil edib. Taxıl istehsalı əvvəlki illə müqayisədə 3 min tondan çox artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]