CƏMİYYƏT
Oğuzda karantin rejiminin tələblərinə biganə yanaşan şəxslərə qarşı reyd keçirilib
Bakı, 27 noyabr, AZƏRTAC
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları qapalı və açıq ictimai məkanlarda, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində tibbi maskadan istifadə etməyən, karantin rejiminin tələblərinə biganə yanaşan şəxslərə qarşı reyd keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, reyddə bəzi şəxslərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədikləri aşkarlanıb. Polis əməkdaşları vətəndaşlara özlərinin və digərlərinin sağlamlığı üçün mütləq şəkildə tibbi maskadan istifadənin, sosial məsafənin saxlanılmasının vacibliyini bildiriblər. Karantin rejiminin qaydalarını pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.