“Oktoberfest” festivalı ləğv edilib, alternativ mini “Oktoberfest” isə narahatlıq doğurur
Berlin, 18 sentyabr, AZƏRTAC
AZƏRTAC-ın xəbər verdiyi kimi, açılması oktyabrın 4-ü planlaşdırılan “Oktoberfest” ənənəvi hər il keçirilən Münhen festivalı koronavirus pandemiyası səbəbindən ləğv edilib (bax.: https://azertag.az/ru/xeber/1468839). Kütləvi tədbir əvəzinə festivalın təşkilatçıları bir sıra kiçik tədbirlər - bir növ “alternativ mini Oktoberfest” tin keçirilməsini planlaşdırmışdılar.
İndi isə Münhen burqomistri hətta bu cür kiçik formatda belə bir tədbirin keçirilməsindən sonra koronavirusun regionda yayılması ilə əlaqədar narahatlığını ifadə edib. O, “pivə Karnavalı”nın gələcək iştirakçılarına müraciət edərək, onları təmkinli olmağa çağırıb.
Eyni zamanda, Bavariya epidemioloqları tam hüquqlu bir festivalı kiçik tədbirlərlə əvəzləməyə şübhə ilə yanaşıblar, “Oktoberfest”in tamamilə ləğv edilməli və ya daha əlverişli zamana təxirə salınması lazım olduğu fikrində qalmağa davam edirlər. Nəticədə, almanların bir bokal pivə gördükdə hər şeyi unutduqlarını nəzərə alaraq, koronavirus məhdudiyyətlərinə riayət edilməsini izləmək son dərəcə çətin olacaq.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:02]
Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
- 11.06.2026 [13:53]
Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub
- 11.06.2026 [13:36]
Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb
- 11.06.2026 [13:35]
Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib
- 11.06.2026 [13:25]
Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]
Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib
- 11.06.2026 [12:29]