OKTYABRDA HAVANIN TEMPERATURU NORMAYA YAXIN OLACAQDIR
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirmişlər ki, oktyabr ayının ilk günlərində hava şəraiti nisbətən sabit keçəcəkdir. Ay ərzində temperatur iqlim normalarına yaxın olacaq, bəzən isə 1-3 dərəcə yüksələcəkdir. Yağıntılar qeyri-bərabər paylanacaqdır. Bəzi günlərdə leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Aylıq yağıntının miqdarı bir çox rayonlarda iqlim normasından çox olacaqdır.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur 17-20 dərəcə isti ( gecə 14-17 dərəcə isti, gündüz 20-24 dərəcə, ayın əvvəllərində 25-27 dərəcə, ayın ikinci yarısı 18 dərəcə), yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (17-23 mm) olacaqdır.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur müsbət 15-17 dərəcə (gecə 8-12 dərəcə, gündüz 18-23 dərəcə, bəzi günlərdə 25-27 dərəcə, ayın ikinci yarısında 16-18 dərəcə), yağıntının səviyyəsi normaya yaxın (19-32 mm) olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəydə orta aylıq temperatur müsbət 10-12 dərəcə (gecə 5-9 dərəcə, gündüz 13-17 dərəcə, ayrı-ayrı günlərdə 23 dərəcəyə yüksələcək, ayın ikinci yarısında 10 dərəcə), yağıntının səviyyəsi normaya yaxın, bəzi yerlərdə normadan çox (34-48 mm) olacaqdır.
Qazax-Gəncə,Tərtər, Ağdam-Füzuli-Cəbrayıl zonasında orta aylıq temperatur müsbət 15-17 dərəcə (gecə 8-13 dərəcə, gündüz 18-23 dərəcə, ayrı-ayrı günlərdə 25-27 dərəcə, ayın ikinci yarısında 14-16 dərəcə), yağıntının səviyyəsi normaya yaxın, bəzi yerlərdə isə normadan çox (30-61mm) olacaqdır.
Şəki-Zaqatala-Balakən-Qəbələ, Şamaxı-İsmayıllı-Xızı, Siyəzən-Dəvəçi, Quba-Qusar-Xaçmazda orta aylıq temperatur müsbət 12-15 dərəcə (gecə 8-11 dərəcə, gündüz 17-22 dərəcə, ayrı-ayrı günlərdə 24-26 dərəcə, ayın ikinci yarısında 15 dərəcə), yağıntının səviyyəsi normaya yaxın, bəzi yerlərdə isə bir qədər çox (37-101 mm) olacaqdır.
Mərkəzi Aran rayonlarında orta aylıq temperatur müsbət 17-19 dərəcə (gecə 12-15 dərəcə, gündüz 22-25 dərəcə, bəzi günlərdə 27-29 dərəcəyədək artacaq, ayın ikinci yarısında 18-20 dərəcə), yağıntının səviyyəsi normaya yaxın (31-46 mm) olacaqdır.
Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonasında orta aylıq temperatur müsbət 16-18 dərəcə (gecə 15-19, gündüz 20-24 dərəcə, bəzi günlərdə 26-28 dərəcə, ayın ikinci yarısında 18 dərəcə ), yağıntının səviyyəsi normaya yaxın (96-274 mm) olacaqdır.