Oktyabrın 26-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın buludlu olacağı, yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə intensivləşəcəyi ehtimalı vardır.
Temperatur gecə və gündüz 8-13° isti olacaqdır.
Bakıda gecə və gündüz 8-10° isti olacaqdır.
Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 769 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı vardır.
Temperatur gecə 2-7°, gündüz 12-17° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
havanın yağıntılı, bəzi yerlərdə intensiv və güclü olacağı, yüksək dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperatur gecə 1-4°, gündüz 5-8° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 4-9°, gündüz 10-15° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havanın yağıntılı, bəzi yerlərdə intensiv və güclü olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir.
Temperatur gecə 3-7°, gündüz 8-13° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacaqdır. Yüksək dağlıq ərazilərdə minimal temperaturu 6-11° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 5-10°, gündüz 11-16° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı, yüksək dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı vardır.
Temperatur gecə 6-11°, gündüz 11-16°, dağlarda gecə 1-5°, gündüz 5-8° isti olacaqdır.
Xəbərdarlıq
Həftənin birinci yarısında Bakıda və Abşeron yarımadasında hava şəraitinin günü-gündən pisləşəcəyi, anormal soyuq keçəcəyi gözlənilir. Oktyabrın 25-i axşamdan 27-si səhərədək yağışın bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır. Temperatur iqlim normasından 2-4° aşağı olacaqdır. Oktyabrın 26-27-də 8-12° isti təşkil edəcəkdir.