Oktyabrın 28-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın buludlu olacağı, əsasən səhər və axşam saatlarında yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı vardır. Səhər bəzi yerlərdə zəif duman olacaqdır.
Temperatur gecə 8-10°, gündüz 11-13° isti olacaqdır.
Bakıda gecə 8-10° , gündüz 11-13° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 771 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət 85-95 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
əsasən gecə və səhər bəzi yerlərdə yağış, dağlıq rayonlarda az qar yağacağı gözlənilir.
Temperatur gecə 0-5°, gündüz 10-15° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir.
Temperatur gecə 3-8° isti, gündüz 8-13° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
əsasən gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 3-8° , gündüz 8-13° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Arabir yağış yağacaqdır.
Temperatur gecə 1-6°, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacaq, yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 9-14° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
fasilələrlə yağış yağacağı gözlənilir.
Temperatur gecə 4-9°, gündüz 10-15° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
fasilələrlə yağış yağacağı, dağlıq rayonlarda az qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.
Səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 4-8°, gündüz 8-13°, dağlarda gecə 0-4°, gündüz 5-8° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim dəyişikliyi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, tutqun və rütubətli hava şəraitinin davam etməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.