Oktyabrın 29-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın buludlu olacağı, əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 8-10°, gündüz 11-14° isti olacaqdır.
Bakıda gecə 8-10° isti, gündüz 12-14° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 772 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət 80-90 faiz olacaqdır.
Azərbaycanın rayonlarında
arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Lənkəran-Astara bölgəsində intensiv yağıntıların davam edəcəyi ehtimalı vardır. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 4-9°, gündüz 10-15°, dağlarda gecə 0-4° şaxta, gündüz 0-5° isti olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15° şaxta təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir.
Temperatur gecə 0-5°, gündüz 9-14° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperatur gecə 0-4° şaxta, gündüz 0-5° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-
Füzuli-Cəbrayıl rayonlarında
yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı vardır.
Temperatur gecə 2-7° isti, gündüz 8-13° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ,
İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
yağış, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti, yüksək dağlıq ərazilərdə havanın minimal temperatur 10-15° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 4-9° isti, gündüz 10-15° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və
Yardımlı rayonlarında
arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır. Səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 4-8° isti, gündüz 9-13° isti, dağlarda gecə 4° şaxtadan 1°-dək isti, gündüz 4-9° isti olacaqdır.