Bakıda və Abşeron yarımadasında
Dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Fasilələrlə yağış yağacağı ehtimalı var.
Şimal küləyi 7-12 m/s, gündüz arabir 15-17 m/s.
Temperaturun gecə 12-15° isti, gündüz 15-20° isti, Bakıda gecə 13-15° isti, gündüz 17-19° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında
Arabir yağış yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Temperaturun gecə 6-11° isti, gündüz 16-21° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Arabir yağış yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 5-9° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Arabir yağış yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Temperaturun gecə 9-14° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran,
Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Arabir yağış yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Temperaturun gecə 4-9° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı,
Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Arabir yağış yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Temperaturun gecə 10-15° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Arabir yağış yağacağı gözlənilir.
Şimal-şərq küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 13-15° isti, gündüz 15-19° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-11° isti olacağı gözlənilir.