OLED ekran satışının 82 faizi “Samsung”un payına düşür
Bakı, 8 sentyabr, AZƏRTAC
Cənubi Koreyanın “Samsung Electronics” şirkəti bu ilin ikinci rübündə dünya OLED (orqanik işıq diodlarına əsaslanan) ekran satışının 82 faizini təmin edib. Bu rəqəm ilin əvvəli ilə müqayisədə bir qədər az olsa da, “Samsung”un dünya bazarına nəzarəti hələ əlində saxlamağa imkan verir.
AZƏRTAC xəbər verir ki, bu barədə “IHS Markit” analitik şirkəti məlumat yayıb. Cənubi Koreya şirkətinin hesabat dövründə OLED ekran satışı üzrə dövriyyəsi 3,15 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə azdır. Azalmanın əsas səbəbi Çinin “BOE Technology” şirkətinin bazardakı payının 12 faizə çatması olub. Çin şirkəti bununla ilk dəfədir ki, 10 faizlik həddi keçib.
“IHS Markit”in mütəxəssisləri hesab edir ki, “BOE Technology” şirkətinin OLED bazarında irəliləməsinə baxmayaraq, “Samsung” bu sahədə dominantlığını hələ davam etdirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]