Azərbaycan Dövlət İnformasiya Agentliyi

Oljas Süleymenov yaradıcılığında türk etnik tarixinə baxış

Oljas Süleymenov yaradıcılığında türk etnik tarixinə baxış

Bu gün görkəmli qazax yazıçısı və ictimai xadim Oljas Süleymenovun anadan olmasının 87-ci ildönümüdür

Bakı, 18 may, AZƏRTAC

Oljas Süleymenovu nəinki Qazaxıstanda, Orta Asiyada, postsovet məkanında, Rusiyada, Avropada, Asiyada, Amerikada, Afrikada, Avstraliyada - bir sözlə, bütün dünyada tanımayan yoxdur. Yaradıcılığının ilk dövrlərindən başlayaraq onun əsərləri (xüsusən “Yer, insana əyil!”, “Az i Ya”, “Arqamaklar”, “Günəşli gecələr”, “Gil kitab”, “Yazının dili”, “Tanrının təbəssümü”, “Kəsişən paralellər”, “Türklər tarixə qədər” və s.) oxucular və tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir. Haqqında çoxsaylı qazax ədəbiyyatşünasları ilə yanaşı, rus Andrey Voznesenski, Rimma Kazakova və Lev Anninski kimi şairlər, ukraynalı D.Pavlıçko kimi tanınmış tənqidçilər dəyərli fikirlər söyləmişlər. O, hələ gənclik dövründən Sorbonn və Kolumbiya kimi dünya şöhrəti universitetlərin auditoriyalarında məruzələrlə çıxışlar etmişdir.

Bu fikirlər professor, ədəbiyyatşünas-tənqidçi Nizami Tağısoyun AZƏRTAC-a təqdim etdiyi “Oljas Süleymenov yaradıcılığında türk etnik tarixinə baxış” sərlövhəli yazısında yer alıb. Yazını təqdim edirik.

1975-ci ildən başlayaraq O.Süleymenovun Azərbaycanla yaranan yaradıcılıq əlaqələri illər keçdikcə daim möhkəmlənmiş və zənginləşmişdir. Bu intensivliyi gücləndirən bircə məqama O.Süleymenovun öz fikirləri ilə nəzər yetirək: “80-ci illərin sonu - 90-cı illərin əvvəllərində mən SSRİ Ali Sovetinin deputatı idim. 1990-cı illərin 20 Yanvar faciəsi günlərində Moskvadakı “Moskva” mehmanxanasında 39 faiz temperaturla yatırdım. Gecə saat 3-də yaradıcılığına çox hörmətlə yanaşdığım Bəxtiyar Vahabzadə mənə zəng etdi. O, çox narahat idi. Xeyli danışdı… başa düşdüm ki, Bakıda nə isə, hansısa xoşagəlməz bir hadisə baş verib. O dedi: “Buraya gəl, bizdə tanklardır...”. Mən indi də sevinirəm ki, ona xəstəliyim barədə heç nə demədim. Desəydim, düz olmazdı... o, məni düzgün başa düşməzdi. “Azərbaycanın xeyli dostlarına” zəng etdim, hadisə ilə bağlı bildirdim, onlar gəlmədilər. Mən yır-yığış edib, aeroporta getdim. Onda mülki təyyarələrin Bakıya uçuşuna icazə vermirdilər. Öz deputat mandatımdan istifadə etməklə yarıhərbi təyinatlı təyyarə ilə Bakıya uçdum”.

Oljas Süleymenov Azərbaycan və qazax xalqlarının tarixi, etno-psixoloji, fəlsəfi-estetik dünyagörüşünə toxunarkən bu xalqların vahid mənəvi-mədəni məkanı birləşdirdiyini söyləmişdi.

İlk qələm təcrübələrində o, yalnız Qazaxıstanda istedad nümayiş etdirəcək bir şair kimi tanınmağa başlasa da, Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsil aldığı zaman bir dava-dalaşa görə oradan xaric edildikdən sonra Alma-Ataya qayıdıb “Kazaxskaya pravda” qəzetində çalışdığı zaman redaktor Fyodor Boyarski ona ilk insanın kosmosa uçması ilə bağlı bir şeir yazmağı sifariş verir. Gecə vaxtı o, şeirlə bağlı bəzi qeydlər etsə də, 12 aprel günü Qaqarinin kosmosa uçması ilə bağlı xəbər verildikdə artıq bu şeir həmin qəzetin səhifələrində çap olunur. Nəinki oxucular onunla qəzet səhifələrində, həm də həmin şeiri listovka şəklində təyyarələrdən Alma-Ata və digər Qazaxıstan şəhərləri üstünə səpirlər. Şeirin bu uğuru O.Süleymenovu son dərəcə həvəsləndirir və qürurlandırır və o, cəmi bir həftə ərzində onu poemaya çevirib, “Yer, insana əyil!” adı altında may ayında nəşr etdirir.

O.Süleymenovun əsərlərində, hər şeydən öncə, fikir dərinliyi, genişlik, fəlsəfəçilik və polemiklik daha çox diqqəti məşğul edir. Onlardakı aydın ekspressiya, gözə dəyən daha kamil obrazlılıq, incə yumor, dəlici satira, gözlənilməz poetik dövriyyələr və s. özünü yetərincə nümayiş etdirir. Əsərlərinin episentrində ən vacib məsələ qazax xalqının mənəvi dünyasının tərənnümü, qazax səhra ənginliklərinin vəsfi dayanmaqdadır.

Təsadüfi deyildir ki, məhz qeyd edilən keyfiyyətlərinə görə O.Süleymenovun poetik əsərləri oxucu və tənqidçilərin daha çox rəğbətini qazanıb. Onun yaradıcılığı nəinki qazax ədəbiyyatşünasları, həm də digər ədəbiyyatların nümayəndələri K.Simonovun, N.Tixonovun, L.Anninskinin, M.Auezovun, Q.Musrepovun Ç.Aytmatovun, E.Mejelaytisin və onlarca bu kimi başqa təfəkkür daşıyıcılarının diqqətini cəlb edib.

Qeyd edək ki, O.Süleymenovun ədəbi istedadı kinodramaturgiyada da yetərincə gözədəyən olub. O, “Atalar torpağı”, “Mavi marşrut”, “Qış sahə işləri vaxtı deyil”, “Adəmi qəbul edin”, “Sonuncu keçid”, “Qırmızı yovşan” (“Məhəbbət”) XIX əsrin ünlü qazax şairi Məhəmbət Utəmisov haqqında, “Ah, Peterburqda necə də maraqlı idi” (Cahangir xan haqqında) və xeyli digər filmlərə ekran vəsiqəsi verib.

Hesab edirik ki, 1960-ci illərin əvvəllərindən onun “Köçərilər və Rus”, “İqor polku haqqında dastan”da qaranlıq yerlər”, “Az i Ya” (1975) mövzusunda eposşünaslıq, mənbəşünaslıq, folklorşünaslıq və ədəbiyyatşünaslıq kimi sahələri çevrələyən kitabı nəşr olunub ki, həmin kitab Moskvadakı akademik dairələrdə xeyli mübahisələrə səbəb olub. Mübahisələrin əsasını təşkil edən ən başlıca problem isə O.Süleymenovun türklərin digər dünya xalqları arasında adekvat yerini göstərib, onların dünyanın ən qədim mədəni xalqlarından biri kimi təsdiqlənməsi, əsərin alt qatına enərək orada türklərə məxsus dil yaruslarını ortaya çıxarması ilə bağlı idi. Məhz rus alımlərinin əsərə O.Süleymenov rakursundan yanaşmanı qəbul etmədiklərindən “Az i Ya”ya düz 8 il bir üzünün üstündə qadağalara məruz və şair praktik olaraq bədii-poetik yaradıcılıq arenasından kənarlaşdırıldı...

2014-cü ilin mayında O.Süleymenovun “Sözün Kodu” adlı yeni kitabı nəşr olunub ki, bu kitabda əsasən o, türk mədəniyyəti ilə bağlı məsələləri araşdırmağı qarşıya məqsəd qoyurdu. 2015-ci ildə O.Süleymenov ilk dəfə olaraq uşaqlar üçün “Ev ocağının sehrli nağılları” adlı kitabını nəşr etdirib.

Türk xalq etnogenezi ilə bağlı əvvəl “Keçmiş illərin hekayəti”nə (diplom işi), “İqor polku haqqında dastan”a (namizədlik dissertasiyası) diqqət yetirməklə o, öz tədqiqatlarıyla sanki “İqor polku haqqında dastan”ın mətninin öyrənilməsinə start verməklə “...Dastan”ın öyrənilib tədqiq edilməsində yeni konsepsiyanın ortaya çıxmasına vəsiqə verdi. Süleymenov “...Dastan”da dilçilik, leksikologiya, istorioqrafiya, etnologiya, epos və s. məsələlərlə yanaşı, həm də türkizmlərin etnoloji mənbələrini də dərindən açıb ortaya qoymaqla rus elmində yer almış qeyri-münbit elmi fərziyyələrin də əsassız olduğunu göstərdi. Lakin O.Süleymenovun “İqor polku haqqında dastan”a belə obyektivcəsinə yanaşması, ona böyük başağrısı hesabına başa gəldi. Belə ki, adını çəkdiyimiz dastanla bağlı O.Süleymenovun “Az i Ya” əsəri işıq üzü gördükdən sonra bu böyük türk mücahidinin başı üstündə qara buludlar uçuşmağa başladı. Rus alimləri heç nəyə və heç kimə məhəl qoymadan əsəri sağdan-sola, öndən arxaya, şaquli və üfüqi - bütün istiqamətlərdə və müxtəlif yönlərdən vurmaqda davam etdilər. SSRİ Elmlər Akademiyasında 50-yə yaxın akademikin keçirdikləri bir iclasda B.Rıbakov, D.Lixaçov kimi akademiklər O.Süleymenovun bu əsərini “bəd” və “rusa qarşı” yazılmış mənbə kimi dəyərləndirdilər. Bununla belə, Süleymenovun opponentləri və digər alimlər “Az i Ya” əsərində türk və rus mədəniyyətlərinin qarşılıqlı təmaslarda olduğunu da qeyd etməklə, həm də dolayısı ilə Süleymenovun konsepsiyasının yetərincə səmərəli olduğunu da etiraf etmiş oldular.

Şairin çeşidli yaradıcılığı, şeir və poemaları Azərbaycan dili ilə yanaşı, ingilis, fransız, alman, ispan, çex, polyak, slovak, bolqar, macar, rus, monqol, qırğız, özbək, Ukrayna, Belarus, türk və digər çoxsaylı dünya xalqlarının dillərinə tərcümə olunub. Bədii əsərləri ilə yanaşı, Oljas Süleymenovun elmi əsərləri də dünyada son dərəcə populyardır. Onun bu müstəvidə qələmə aldığı əsərlərində qədim insanın dilinin universal qrammatikasının tarixi-linqvistik təhlili yer alır ki, o bu və ya digər şəkildə müasir dillərdə öz funksionallığını qoruyub saxlamaqdadır. Süleymenov onların genezisini ilk heroqlif qrafik yazının köməyi ilə onların raşşifrovkasını “Az i Ya”, “Yazının dili”, “Türklər tarixə qədər”, “Sözü Kodu”, “Etimologiyaya giriş” və başqa bu kimi tədqiqatlarında bəşər övladının təkamülünün geniş təbəqəsinin öyrənilməsindəki “ağ ləkələri” etimologiya, kulturologiya və paleolinvistikanın köməyi ilə görüb ortaya çıxarmağa müvəffəq olub.

O.Süleymenovun təfəkküründə şair Allah kimi dərk olunmaqdadır. Yəqin buna görə də o, “Şərq yoxdur, elə Qərbin özü də yoxdur... Yalnız Günəşin doğuşu və qürubu bir də böyük söz - Yer var” deyirdi şair. Özünün erkən şeirlərindən birində (“Puşkin meydanında”) “Şair gərək Allah kimi gözəl olsun bu dünyada” deyirdi. Bunu söylədikdə dahi Puşkini Yaradıcı ilə müqayisə edən Süleymenov belə fikri sadəcə poetik metafora olaraq işlətmirdi. Bununla o, şairin cəmiyyətdəki yerini əvvəlcədən müəyyənləşdirməklə onu elə bir zirvəyə qaldırır ki, bununla o, özünü də həmin “yüksəkliyə məhkum edib” şairin belə adının daim böyük fəxarətlə daşıyacağına işarə edirdi:

Şair gərək Allah kimi

gözəl olsun bu dünyada,

Kim Puşkini görüb, demək,

O görübdür Allahı da.

Allah boydan balacadır,

qapqaradır çəkmə kimi,

Dodaqları qalın, böyük

gözlərində dövrün qəmi...

O.Süleymenov hansı mövzuda yazır yazsın, onun lirik vüsəti özünün şəxsiyyəti kimi çoxtərəflidir. Ən adi söz və söz birləşmələri arasında onun son dərəcə çeşidli və rəngarəng bir dünya duyumu var. Təsadüfi deyildir ki, O.Süleymenovun yaradıcılığında, bir tərəfdən, A.S.Puşkin müdrikliyini görmək mümkündürsə, digər tərəfdən A.Blok, V.Mayakovski və V.Xlebnikovun yeniliyini, A.Voznesenski dərinliyini və mürəkkəbliyini, Məhəmbət Ütemisovun məğrurluğunu və canlılığını, Abay Kunanbayev poeziyasının fəlsəfi əzəmətini, A.Tvardovski epik yaradıcılığının qeyri-adi ilmələrini sezmək mümkündür. Əslində müxtəlif amplualı dünya şairlərinin yaradıcılığının hər hansı konkret bir yaradıcı şəxsiyyətin təfəkküründə yer almasının özü son dərəcə əlahiddə, qeyri-adi və yeni əzəmətli keyfiyyətdir. Oljas Süleymenovun yaradıcılığı məhz qeyd etdiyimiz rakurslarda unikal və fenomenaldır!

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...