Ölkəmizə repatriasiya olunmuş daha 12 nəfərlə bağlı sosial-psixoloji dəstək işlərinə başlanılıb
Bakı, 23 noyabr, AZƏRTAC
Azərbaycan hökuməti tərəfindən repatriasiya işlərinin davamı olaraq, Suriya Ərəb Respublikasından daha 12 nəfər vətəndaşımız ölkəmizə qaytarılıb. Onlardan 4-ü qadın, 8-i uşaqdır.
Repatriasiya olunmuş həmin şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib. Repatriantlara ilkin tibbi, sosial-psixoloji dəstək işlərinə başlanılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, növbəti mərhələdə agentliyin sosial işçiləri və psixoloqları tərəfindən onların sosial-psixoloji vəziyyətləri qiymətləndiriləcək və hər bir repatriantla bağlı fərdi inkişaf planı əsasında psixoloji dəstək tədbirləri həyata keçiriləcək.
Repatriantların sosial reabilitasiyası onlar öz mənşə ailələrinə verildikdən sonra da davam etdirilir. Onlara sosial dəstək xidmətləri digər aidiyyəti orqanlarla qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirilir.
Ölkəyə qaytarılan vətəndaşlarımızın cəmiyyətə reinteqrasiyası və sosial reabilitasiyası məqsədilə agentliyin mütəxəssisləri tərəfindən fərdi sosial iş aparılır. Həmin şəxslər psixoloji konsultasiyalara, maarifləndirici tədbirlərə, eləcə də asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif dərnəklərə cəlb edilirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:52]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:05]
Yeni dərman zavodundan REPORTAJ VİDEO
- 05.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 05.10.2026 [19:02]
Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO
- 05.10.2026 [18:03]
Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir
- 05.10.2026 [17:54]