ÖLKƏMİZİN QHT VƏ KİV NÜMAYƏNDƏLƏRİ MACARISTANA GEDƏCƏKLƏR
AZƏRTAC xəbər verir ki, Macarıstanda erməni zabitini öldürməkdə ittiham olunan Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Ramil Səfərovun məhkəmə işi ilə əlaqədar ermənilərin apardığı antiazərbaycan təbliğatını ifşa etmək və Macarıstan ictimaiyyətini Azərbaycan haqqında daha ətraflı məlumatlandırmaq məqsədi ilə ölkəmizin qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri rəhbərlərinin bir qrupu yaxın günlərdə Budapeştə gedəcəklər. Bu barədə yanvarın 12-də Beynəlxalq Mətbuat Mərkəzində bir sıra QHT və KİV rəhbərlərinin görüşündə qərar qəbul olunmuşdur. Bildirilmişdir ki, bu addımın əsas səbəbi milli ordumuzun zabiti Ramil Səfərovun hüquqlarını qorumaq, erməni təbliğatının qarşısını almaqdır. Qrup Macarıstanda yerli KİV, QHT nümayəndələri, orada yaşayan azərbaycanlılarla görüşməyi planlaşdırır.
Orada Azərbaycanın tarixinə, mədəniyyətinə, habelə Ermənistanın işğalçılıq siyasətinə dair materiallar nümayiş etdiriləcəkdir. Ölkəmizlə yaxından tanışlıq məqsədi ilə macar həmkarların Azərbaycana dəvət edilməsi də nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [19:20]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:18]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [17:56]
Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL
- 08.10.2026 [17:43]
Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni
- 08.10.2026 [17:33]